Ukraynada iyulun 21-də keçirilmiş parlament seçkisinin qəti nəticələri bəlli deyil.
Iulun 24-nə olan hesabata görə, prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası proporsional sistem üzrə 124, dairələrdən 129 mandat alıb. Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur. Hələlik prezident partiyasının 253 mandatı var.
Yuri Boykonun Müxalif Platforma Partiyasının 44, Yuliya Timoşenkonun Batkivşina Partiyasının 25, Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyasının 25, Svyatoslav Vakarçukun Səs Partiyasının 20 mandat götürdüyü bildirilir.
Ukrayna parlamenti 450 yerlikdir. Ali Radanın 225 deputatı majoritar üsulla (dairələrdən), 225 deputatı proporsional sistemlə (partiya siyahıları üzrə) seçilir. Ancaq ərazilərin bir hissəsi işğal edildiyi üçün seçki 199 dairədə təşkil olunub. Oxu24.com
ŞƏRHLƏR