Qaynar xətt:

(+99450) 247 90 86

Kənd Təsərrüfatı Dövlət Xidmətinin yeni rəisi kimdir? - DOSYE

2018-05/1525940114_mirz.jpg

SİYASƏT

2019

10.05.2018, 12:14

\"\" Xəbər verdiyimiz kimi, Mirzə Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub.
Oxu24.com Mirzə Əliyevin dosyesini təqdim edir: Mirzə Əliyev 1986-cı il aprelin 1-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsini bitirib. Əmək fəaliyyətinə 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki (İsveçrə) ofisində başlayıb. 2011-ci ildə “Holcim Azərbaycan” ASC-də marketinq şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Daha sonra 2015-ci ildə “Kapital Bank” ASC-nin direktorunun Strategiya departamenti üzrə müavini vəzifəsində fəaliyyətini davam etdirib. Həmin ildən “Azərbaycan Dəmir Yolları” QSC-də investisiya üzrə rəis müavini vəzifəsində çalışıb. Subaydır.