Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15682
az

“İranla bizim aramızda birbaşa müharibə olacaq, bu qaçılmazdır”

19:2914 İyul, 2019
680
SİYASƏT
  • A
 
İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi dünən bəyan edib ki, İsrail yaxın iki il ərzində İranla ehtimal olunan hərbi qarşıdurmaya hazırlaşır.
Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, İsrailin təhlükəsizlik kabinetinin üzvü olan Xaneqbi deyib: "İranla hərbi qarşıdurmanın olması ehtimalı müharibənin olmaması ehtimalından daha yüksəkdir”.
O vurğulayıb ki, bu, yalnız zaman məsələsidir. Tsaxi Xaneqbi açıq şəkildə bəyan edib ki, İsraillə İran arasında gərgin münasibətlər çoxdan bəri "proksi müharibədən birbaşa münaqişəyə keçib”.
  "Bizimlə (İsraillə – red.) İran arasında birbaşa müharibə olacaq. Bu qaçılmazdır”, – israilli nazir əminliklə deyib.
O ki qaldı mümkün müharibənin səbəblərinə, Xaneqbi Suriyanı yada salıb və bildirib ki, İsrail İran qüvvələrinin bu ölkəyə köçürülməsinə yol verə bilməz.
"Əks halda, sərhədlərimizin bilavasitə yaxınlığında terrorçu krallıq olacaq”, – Xaneqbi qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qriqori Karasin: "Borrel qan tökülməsinin təbliğatçısı kimi tarixə düşəcək"

"Təxribat düyməsi" BASILDI -Bu qüvvələr Belarusu qarışdırmaq istəyir
Tramp Ağ Evdə Baydenlə görüşdü: Razılıq əldə olundu-Fotolar

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR