İrandan sensassiyalı AÇIQLAMA: Bu iki ölkə ələ keçirilə bilər
25 Mart 2026, 19:07
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
79
25.03.2026, 17:54
“Rusiya Prezidenti Vladimir Putin seçim qarşısında qalıb: ya Ukrayna ilə müharibədə strateji hazırlıq üçün müvəqqəti fasilə verib sonra davam etmək, ya da dayanmayaraq ən azı növbəti 12-18 ay ərzində döyüşləri davam etdirmək”.
Oxu24.com Teleqraf-a istinadla xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Pavlo Klimkin deyib.
Diplomat Yaxın Şərqdəki vəziyyətin Rusiyaya təsiri ilə bağlı suala belə cavab verib:
“Hazırda Putin şəxsi, taktiki və hətta bəlkə də strateji dəyişikliklər üzərində düşünür. Putin geosiyasi mövqelərinin bir hissəsini itirib. Söhbət Suriya, Venesuela, indi isə İrandakı durumdan söhbət gedir. Rusiya tükənir. Bu, açıq-aşkardır”.
Klimkin əlavə edib ki, bütün bunlara baxmayaraq, Rusiya hələ də əlavə və kifayət qədər böyük maliyyə vəsaitləri əldə edə bilir: “Amma bu vəsaitlər Rusiya iqtisadiyyatının fundamental, struktur problemlərini aradan qaldırmır”.
Sabiq nazir Rusiyada Teleqram sosial şəbəkəsinin bloklanmasına və digər messencerlərin işinin ləngidilməsinə də diqqət çəkib:
“Regionlarda internet bağlanır. Bunun yalnız İrandakı müharibənin nəticəsi olduğunu düşünmürəm. Rusiyada kifayət qədər mürəkkəb daxili proseslərin başlaya biləcəyi ilə bağlı real narahatlıq var”.
Klimkinin fikrincə, bu vəziyyətin sabit perspektiv kimi davam edib-etməyəcəyi sual altındadır:
“Bu o demək deyil ki, Rusiya sabah və ya birigün çökəcək, hələlik belə əlamətlər görmürəm təəssüf ki... Amma fundamental struktur problemlərin real əlamətləri nəzərə çarpır”.
Həmçinin oxuyun
19:36 / 25 Mart 2026
2
19:26 / 25 Mart 2026
20
19:17 / 25 Mart 2026
67
19:11 / 25 Mart 2026
42
19:07 / 25 Mart 2026
89
19:04 / 25 Mart 2026
34
19:03 / 25 Mart 2026
37
18:59 / 25 Mart 2026
41
18:58 / 25 Mart 2026
140
18:47 / 25 Mart 2026
58
18:37 / 25 Mart 2026
419
18:36 / 25 Mart 2026
59
18:22 / 25 Mart 2026
55
18:19 / 25 Mart 2026
99
18:11 / 25 Mart 2026
57
18:02 / 25 Mart 2026
62
17:46 / 25 Mart 2026
97
17:21 / 25 Mart 2026
883
17:19 / 25 Mart 2026
291
17:11 / 25 Mart 2026
258
16:10 / 25 Mart 2026
87
15:51 / 25 Mart 2026
151
15:48 / 25 Mart 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.