Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1041
29.01.2026, 14:31
“Rusiyanın TRIPP -də olmaması Qafqaza sərfəli və yaxud təhlükəli, nə vəd edir?”- Politoloq detalları açıır
Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün, yanvarın 29-da mətbuat konfransı keçirib. O, Rusiya Dövlət Dumasının MDB üzrə Komitəsinin sədr müavini Konstantin Zatulinin Rusiyanın layihədə iştirakı ilə bağlı açıqlamalarını şərh edərkən bildirib ki, Rusiyanın TRIPP layihəsinin həyata keçirilməsində iştirak etməyəcəyinə əmindir.
Sizcə, Rusiya TRIPP layihəsindən asanlıqla əl çəkə bilərmi? Bunun bir şərti, yaxud bir bədəli ola bilərmi?
Oxu24.com-un sualını tanınmış politoloq Elxan Şahinoğlu Cavablandırıb. O bildirib ki, Rusiya TRIPP yolu layihəsindəki iştirakı mümkün deyil:” Bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan və erməni rəsmiləri də bilir və bir neçə dəfə də bəyan ediblər. Bəli, Rusiya Köçəryanın prezidentliyi dövründə Ermənistan dəmir yollarına sahib olub. Amma TRIPP yolunun - Zəngəzur dəhlizinin Rusiyaya aidiyyatı yoxdur ki, o da həmin yolda iştirak etsin.
Qaldı, sualın əsas hissəsinə - Rusiyanın bir şərt ortaya qoymadan və yaxud bir bədəl ödətmədən TRIPP layihəsindən asanlıqla əl çəkə bilməsinə -əslində layihədə iştirakı Rusiya istəmir. Bunu heç ABŞ -da istəmir ki, Rusiya bu layihədə olsun. Rusiyanın TRIPP yolu nda iştirakı heç Azərbaycanın da maraqlana cavab vermir. Paşinyan Rusiyadan bir istəyə var ki, Rusiya gəlsin Ermənistan daxilindəki dəmir yolları bərpa etsin. Əgər bu Rusiya dəmir yollarına aiddirsə. Amma Rusiya da Paşayanın bu istəniyinə müsbət cavab verməyib. Onda Paşinyan yəqin ki, yaxın müddətdə qərar verəcək ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının nəzarətindən çıxarsın.
Çünki Paşinyan indi çox çalışır ki, Azərbaycanla ticarət əməkdaşlığı Gürcüstan üzərindən həyata keçirməsin. Çünki bu əlavə xərc deməkdir ki, birbaşa dəmir yolları bərpa olunsun ki, ticarət birbaşa həyata keçirilsin. Bu Azərbaycanın da maraqlanına cavab verir ki, birbaşa dəmir yolu əlaqələri bərpa olunsun” -deyə politoloq vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl rus hərbi tarixçisi Aleksandr Şirokorad “Tramp yolu” ilə bağlı yeni iddia ilə çıxış etmişdi.
Belə ki, “Svodnaya Pressa”da dərc olunan məqaləsində o, “Tramp yolu” boyunca 1000 nəfərlik Amerika özəl hərbi şirkətinin yerləşdirilməsi ilə bağlı məlumatlar yayılmağa başladığını yazmışdı. Onun sözlərinə görə, bu, söhbətin yalnız iqtisadi layihədən getmədiyini açıq göstərir:“ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsi prosesi yeni mərhələyə qədəm qoya bilər. Gələcəkdə burada hücum helikopterləri, aerodromlar, hava hücumundan müdafiə sistemləri və digər hərbi infrastrukturların meydana çıxacağı ehtimalı istisna edilmir”.
Onun iddiasına görə, Rusiya və İran sərhədlərində Amerika hərbi bazalarının yerləşdirilməsi Moskva və Tehran üçün ciddi təhlükədir.
P.S.Bunu tarix göstərib ki, Rusiya Qafqazda hegemon qüvvə olmaq üçün istənilən təhlükəli hərəkətə gedə bilər.
Əntiqə Rəşid
11:58 / 14 Noyabr 2026
1
11:50 / 14 Noyabr 2026
25
11:39 / 14 Noyabr 2026
50
11:32 / 14 Noyabr 2026
67
11:19 / 14 Noyabr 2026
70
11:09 / 14 Noyabr 2026
74
11:00 / 14 Noyabr 2026
90
10:58 / 14 Noyabr 2026
81
10:46 / 14 Noyabr 2026
88
10:36 / 14 Noyabr 2026
84
10:17 / 14 Noyabr 2026
79
09:59 / 14 Noyabr 2026
99
09:46 / 14 Noyabr 2026
108
09:30 / 14 Noyabr 2026
99
09:29 / 14 Noyabr 2026
122
09:23 / 14 Noyabr 2026
123
08:09 / 14 Noyabr 2026
1557
01:15 / 14 Noyabr 2026
170
00:40 / 14 Noyabr 2026
328
00:02 / 14 Noyabr 2026
1274
23:58 / 13 Noyabr 2026
191
23:49 / 13 Noyabr 2026
192
23:40 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.