Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15099
az

Müdafiə Nazirliyi əhaliyə MÜRACİƏT EDİB: 28 yaşınadək ŞƏXSLƏR...

13:4601 İyul, 2019
4407
SİYASƏT
  • A
 
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib.

Nazirlikdən Oxu24.com-a  verilən məlumata görə, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurub, 28 yaşınadək hərbi vəzifəlilər avqustun 1-dən 20-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

{banner_reklam}



Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti - 2 nüsxədə;
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə;
- məhkumluğun olmaması barədə qeydiyyatda olduğu rayon Polis İdarəsi (şöbə, bölmə) tərəfindən verilmiş arayış.

Müraciət etmə yeri: Birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyaları.

Müraciət etmə vaxtı: 2019-cu il avqustun 1-dən 20-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələrini xahiş edir.

Günün digər xəbərləri: Rusiyadan DƏHŞƏTLİ FƏLAKƏT xəbəri gəldi - Çox sayda ölü və itkin düşən var+VİDEO

Metroda dəhşət:91 yaşlı kişi qatarın altına atıldı-18+VİDEO

Azərbaycanlı qızdan biabırçı paylaşım: Alt paltarında video çəkdi


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO