“Böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır” - Video
02 Oktyabr 2026, 23:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
712
15.01.2026, 21:56
Siyasətçi Bünyamin Qəmbərli İranla bağlı Oxu24.com-a açıqlamasında bildirib ki, İran artıq bütün region üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Onun sözlərinə görə, rəsmi Tehran yaratdığı proksi qüvvələr vasitəsilə qonşu və region dövlətlərində sabitliyi pozur, terror təhlükəsi yaradır, bəzi hallarda isə separatizm və terroru açıq şəkildə dəstəkləyir.
Bünyamin Qəmbərli qeyd edib ki, bu səbəbdən İranda baş verən proseslərin ölkənin parçalanması ilə nəticələnməsi region dövlətləri üçün daha arzuolunan ssenari hesab oluna bilər.
Siyasətçi vurğulayıb ki, HƏMAS, “Hizbullah”, husilər və “Həşdi-Şabi” kimi qruplaşmaların aradan çıxması regionda sabitliyə ciddi töhfə verəcək, separatizmin qarşısını alacaq və terror təhlükəsini azaldacaq.
O, son illərdə Türkiyədə İran casus şəbəkələrinin ifşa olunmasını və Azərbaycan–İran sərhədində narkotik qaçaqmalçılığı ilə bağlı mütəmadi yayılan məlumatları buna misal göstərib.
Bünyamin Qəmbərli əlavə edib ki, minlərlə insanın ölümü, iqtisadiyyatın çökməsi, on minlərlə şəxsin həbsdə saxlanılması və edam təhlükəsi ilə üz-üzə qalması İran rejiminin legitimliyini tam itirdiyini göstərir. Onun fikrincə, yaxın gələcəkdə İran ərazisində Güney Azərbaycan, kürdlər və bəluclar da daxil olmaqla bir neçə müstəqil dövlətin yaranması istisna deyil.
Turan Etibaroğlu
23:39 / 02 Oktyabr 2026
29
23:31 / 02 Oktyabr 2026
79
23:27 / 02 Oktyabr 2026
32
23:24 / 02 Oktyabr 2026
36
23:22 / 02 Oktyabr 2026
36
23:15 / 02 Oktyabr 2026
38
23:09 / 02 Oktyabr 2026
56
22:57 / 02 Oktyabr 2026
152
22:52 / 02 Oktyabr 2026
51
22:37 / 02 Oktyabr 2026
59
22:28 / 02 Oktyabr 2026
70
22:27 / 02 Oktyabr 2026
60
22:25 / 02 Oktyabr 2026
107
22:23 / 02 Oktyabr 2026
69
22:14 / 02 Oktyabr 2026
68
22:09 / 02 Oktyabr 2026
58
21:56 / 02 Oktyabr 2026
84
21:55 / 02 Oktyabr 2026
918
21:54 / 02 Oktyabr 2026
71
21:52 / 02 Oktyabr 2026
65
21:43 / 02 Oktyabr 2026
68
21:42 / 02 Oktyabr 2026
59
21:35 / 02 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.