Qaynar xətt:

(+99450) 247 90 86

 Ermənistan “qırmızı xətti” İranın başına "vurdu"    —    Simonyanın "qardaşlığa" qoyduğu nöqtənin DETALLARI 

 Ermənistan  “qırmızı xətti” İranın başına  \"vurdu\"    —    Simonyanın \"qardaşlığa\" qoyduğu nöqtənin DETALLARI 

SİYASƏT

1759

14.01.2026, 19:03

 Medianın yazdığına görə,  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio bu gün Vaşinqtonda görüş keçirərək “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsinin icra çərçivəsini açıqlayıblar. 

İrandan "əbədi qardaş"a hədələyici xəbərdarlıq

Yəni, artıq İranın ən qorxduğu röyası olan Avropanın və xüsusən ABŞ-ın Qafqaza yerləşməsi gerçəkləşir. Bu da gələcəkdə İrana böyük problemlərə yol açacağına bir işarədir. Kim zəmanət verə bilər ki, ABŞ  daha sonra Ermənistana hərbi bazasını da yerləşdirməyəcək?

Oxu24.com xəbər verir  ki, elə bu səbəbdən də, İranın Ermənistandakı səfiri Xəlil Şirqulami “cin atı”na minib və “əbədi qardaşı” Ermənistanı hədələyib.

Deyib ki, Ermənistan İrana düşmən qüvvələrin mərkəzinə çevrilir. Səfir 10 yanvardan bəri İrəvandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarını şərh edərkən bunu vurğulayıb ki, Tehran çətin anlarda həmişə İrəvana kömək əli uzadıb.

Şirqolami həmçinin ABŞ-ın İrana qarşı istismar edə biləcəyi TRIPP-nin yaradılması ilə bağlı İranın narahatlığını bir daha təkrarlayıb və narahatlığın erməni həmkarlarına çatdırıldığını əlavə edib.

 Ermənistan  “qırmızı xətti” İranın başına  "vurdu"

Bütün tərəqqipərvər insanlar kimi mən də molla- fars rejiminin devrilməsini dəstəkləyirəm. 1979-cu cu ildən bu günə qədər çoxmillətli İran dövlətinin yaratdığı həbsxana rejimi bir gün bitəcəyinə əmin idim. Sovet höküməti kimi “xalqların həbsxanası” adlanan rejim çökdüsə, molla-fars rejimi niyə də çökməsin?

 Niyəsi çoxdur! Əsası isə  30 il Ermənistan üçün nəfəslik olması, onu bütün işğal və soyqırımlarda birbaşa və ya dolayısı ilə dəstəkləməsidir.

  İranın öz TV və sosial şəbəkə  kanalları tam 30 il  Ermənistana və işğaldakı Qarabağa (qondarma artsax respublikası) TIRlar vasitəsi ilə ərzaq, neft və silah daşıdığını sübut edirdilər. Nəhayət 30 illik işğal bitdi və İran öz məkrlərindən, Azərbaycana qarşı düşmənçiliyindən qalmadı. Hər zaman dini dinindən olan bir dövləti düşmən gözündə gördü. Hətta  44 günlük  müharibədən  sonra aktivləşən “Zəngəzur dəhlizi”  məsələsi İranı   odsuz- alovsuz yandırmağa başladı. Rəsmi Tehran “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” olduğunu dedi.İranın xarici işlər naziri Abbas Araqçı açıqlamasında  təsdiq etdi ki,  , qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün qırmızı xətt deməkdir və bu, “tamamilə qəbuledilməzdir”. Bundan sonra İranın hərbə-zorba mesajları daha da aktivləşdi.

Ermənistanın İrana düşmənçilik yolu:  "Tramp yolu"

Çoxunuz xatırlayırsınız, çünki  hamınızın gözü qarşısında baş verib: İran klip çəkdirib, Azərbaycana “səni əzib keçərəm” mesajları verəndə, Azərbaycanın İsrail dövləti ilə diplomatik əlaqələrini, əməkdaşlığını hədəf alanda Ermənistanın baş naziri N.Paşinyan hküməti Ağ evdə ABŞ ordusunun Qafqazda hərbi təlim keçirməsi ilə bağlı razılıq imzalayırdı.

2023-cü il. SEPAH-ın "Telegram" kanalı Azərbaycanı hədələyən video yaydı.Video bu dəfə Azərbaycan rəhbərinə ünvanlanmışdı.

SEPAH-ın media resursu videonun altındakı mətndə həyasızcasına Azərbaycan Prezidentinə mesaj göndərmişdi: “Əliyev bilsin ki, ərazi bütövlüyünü qorumaq qırmızı xətlərimizdir!"

Simonyanın "qardaşlığa" qoyduğu nöqtə

İranın israrla Zəngəzur dəhlizinin açılmaması tələbi  bir qisim erməniləri xoşbəxt edirdi. Hətta “qardaş rus” itkisindən sonra “qardaş fars” boşluğu doldurur kimi görünürdü. Bunu Azərbaycan yaxşı anlayırdı ki, əslində İran heç də Ermənistana “qardaşlıq” missiyası ilə yaxınlaşmır. Öz məqsədlərinə çatmaq üçün ermənilərdən bir körpü kimi istifadə etməyə çalışır. Təbii ki, gözləri qisasçılıq və qandan doymayan erməni toplumu bu sadə görüntünü anlamaq iqtidarında deyildi. 2023-cü ildə artıq Ermənistanda İranın “şüvən”liyini anlamağa başladılar. İranın heç də ermənilərə sevgisi səbəbindən onları dəstəkləmədiyi gerçəyini nəhayət ilk dəfə  Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqladı. 

Simonyan erməniləri başa salmağa çalışdı ki, İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu ilk növbədə özü üçün edir:“İran Ermənistana olan böyük sevgisinə görə onun tərəfində deyil. Tehran dövlət maraqlarından çıxış edərək silah satır və onun daşınması ilə məşğul olur. Eyni şey Rusiyaya da aiddir. Sizcə, Rusiya öz maraqlarını bir kənara qoyub deməlidir: “Biz erməniləri çox sevirik. Yaxşı konyakları var. Ona görə də gəlin onlar üçün nəsə edək”.

Əlbəttə yox. Bütün ölkələrin, o cümlədən bizim də öz maraqlarımız var”.

 Düşmənin kim olduğunu anlayan İran  

 Nəhayət, Rusiyanın və İranın əbədi düşməni ABŞ Ermənistanla “Eagle Partner 2024” adlı birgə təlimlərə başladı. ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri SEPAH-ın burnunun dibində “gözdağı” bir təlim prosesi başlatdı. Bir neçə dəfə baş tutan bu təlimə Yunanıstan, Fransa da qatıldı.  İranın “qırmızı xətti” burada yada düşmədi. Heç İran da bu “qırmızı xətt”lə bağlı Ermənistan hökümətinə “gözün üstə qaşın var “ demədi. Heç ABŞ-a, Fransaya da səsini çıxarıb etiraz etməyə özündə cəsarət tapmadı.

 Amma ötən il İranın bir sıra obyektləri İsrail dronları ilə vurulanda İran ha çabaladı ki,  dronun gəldiyi səmtin Azərbaycan olduğunu "ifşa" etsin, alınmadı. Buna baxmayaraq, yenə də İranın Azərbaycana qarşı təhdidləri azalmayıb.

 Bəlkə bu gündən sonra İran anlaya ki, zərbə ona Azərbaycandan deyil, ”sərhədlərini qırmızı xətt”i elan etdiyi Ermənistandan  gəldi. 

Əntiqə Rəşid

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

23:22 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

74

0
 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

22:47 / 12 May 2026

TİBB TİBB

 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

149

0
"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

22:38 / 12 May 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

87

0
Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

22:20 / 12 May 2026

DÜNYA DÜNYA

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

78

0
Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

21:59 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

89

0
Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

21:54 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

95

0
    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik -   Kimlərə şamil olunacaq?  

21:37 / 12 May 2026

HƏRBİ HƏRBİ

    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?  

110

0
İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

21:15 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

100

0
Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

20:55 / 12 May 2026

HÜQUQ HÜQUQ

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

89

0
Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

20:44 / 12 May 2026

TİBB TİBB

Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

182

0
Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

20:42 / 12 May 2026

DÜNYA DÜNYA

Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

94

0
Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

20:39 / 12 May 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

92

0