Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3346
14.01.2026, 18:25
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, hava şəraiti nəzərə alınmaqla, Azərbaycan Ordusunun xüsusən dağ və dağətəyi ərazilərdə yerləşən hərbi hissələrində şəxsi heyətin sağlamlığının mühafizəsi, xidməti-döyüş fəaliyyətinin fasiləsiz və yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görülür, aidiyyəti vəzifəli şəxslər tərəfindən yoxlamalar aparılır”.
Oxu24.com xəbər verir ki, bu barədə “yeni sabah”ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hərbi qulluqçuların sağlamlıq vəziyyətini daima nəzarətdə saxlamaq məqsədilə bölmələrdə mütəmadi olaraq tibbi-profilaktik tədbirlər keçirilir, maarifləndirici söhbətlər aparılır:
“Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və bütün növ maddi-texniki təminatın normalara uyğun şəkildə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır, eləcə də xidməti-döyüş fəaliyyəti qoşun xidmətinin təşkili qaydalarına uyğun olaraq həyata keçirilir.
Müdafiə Nazirliyinin məlumatına görə, dağlıq ərazilərdə xidmətin çətin iqlim şəraitində aparıldığını nəzərə alaraq, şəxsi heyətin yerləşdiyi və xidmət etdiyi məntəqələr qış mövsümünə tam hazır vəziyyətə gətirilib.
“Həmin məntəqələr istilik sistemləri, odun və yanacaq ehtiyatı ilə təmin olunub, yaşayış və xidmət sahələrində normal temperatur rejiminin qorunması üçün müvafiq tədbirlər görülüb.
Bununla yanaşı, şəxsi heyətin sağlamlığının və döyüş qabiliyyətinin qorunması məqsədilə təminat, təchizat və məişət şəraitinə mütəmadi nəzarət edilir, mövcud hava şəraitinə uyğun olaraq soyuqdan və donvurmadan qorunma, həmçinin əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilir”. – qurumdan bildirilib.
21:02 / 14 Noyabr 2026
1
20:56 / 14 Noyabr 2026
29
20:50 / 14 Noyabr 2026
39
20:38 / 14 Noyabr 2026
57
20:23 / 14 Noyabr 2026
518
19:54 / 14 Noyabr 2026
65
19:50 / 14 Noyabr 2026
69
19:36 / 14 Noyabr 2026
1217
19:15 / 14 Noyabr 2026
116
19:12 / 14 Noyabr 2026
109
19:05 / 14 Noyabr 2026
106
18:50 / 14 Noyabr 2026
110
18:43 / 14 Noyabr 2026
122
18:21 / 14 Noyabr 2026
804
18:09 / 14 Noyabr 2026
133
18:06 / 14 Noyabr 2026
550
18:03 / 14 Noyabr 2026
111
17:18 / 14 Noyabr 2026
223
17:15 / 14 Noyabr 2026
130
16:20 / 14 Noyabr 2026
135
16:05 / 14 Noyabr 2026
185
15:45 / 14 Noyabr 2026
139
15:27 / 14 Noyabr 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.