Sahibə Qafarova Tanzaniyaya səfər edib - FOTO
03 Oktyabr 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
740
02.01.2026, 11:29
Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə sadiqlik nümayiş etdirib.
Oxu24.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "The Washington Times" qəzetinə deyib.
Nəşrin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu işlərinə, ABŞ Konqresində 907-ci düzəlişin ləğvinə doğru atılan addımlara, rəsmi Bakının Rusiya ilə münasibətlərinə, Azərbaycan İsrail əlaqələrinə həsr edilən məqaləsində H.Hacıyevə istinadən ABŞ Prezidentinin bu sülh gündəliyinə dərhal qarşılıq verməsi qiymətləndirilməli məqam kimi qeyd olunub.
Bununla belə H.Hacıyev 907-ci düzəlişin mövcudluğunun sülhə qarşı işlədiyini deyib:
"Hər iki hökumət - Azərbaycan və Ermənistan - sülhü möhkəmləndirmək üçün gərgin iş aparırlar. Lakin Konqresdə bəziləri tamamilə lazımsız və ayrıseçkilik toxumları olan qanunvericilik aktları təqdim edirlər".
H.Hacıyev Bayden-Blinken administrasiyasının Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurduğunu da bəyan edib. O qeyd edib ki, Donald Trampın dövründə istiləşən ABŞ-Azərbaycan münasibətləri əvvəlki administrasiyanın yanaşması ilə kəskin təzad təşkil edir:
"Bayden və Blinken administrasiyası ilə təəssüf ki, çoxlu anlaşılmazlıqlar var idi və onlar münasibətlərə çox ziyan vurdular".
O xatırladıb ki, Bayden administrasiyası Əfqanıstan missiyası bitdikdən dərhal sonra 907-ci maddə məhdudiyyətlərini yenidən tətbiq edib.
H.Hacıyev Tramp administrasiyası ilə pozitiv əməkdaşlıq nümunəsi kimi onun birinci prezidentliyi dövründə administrasiyanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Xəzər qazının Avropa bazarına çatdırılmasında həlledici rol oynadığını xatırladıb.
Azərbaycanın Ermənistanla iqtisadi münasibətlər qurma cəhdlərinə toxunan H.Hacıyev bu ölkəyə neft məhsullarının ixracını, Ermənistan bazarlarına taxıl tranzitinə yaradılan şəraiti qeyd edib.
"Bu simvolik görünə bilər, lakin simvolizmlə yanaşı həqiqətən də mühüm geosiyasi çalarlar var. Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq", - H.Hacıyev bildirib.
Azərbaycanın dini baxımdan tolerantlıq məkanı olduğunu vurğulayan Prezidentin köməkçisi ölkənin qeyri-sabit regionda Qərblə əməkdaşlıq üçün təbii tərəfdaş olduğunu bəyan edib:
"Bizdə yəhudi, xristian və müsəlman icmaları əsrlərdir ki, yanaşı yaşayırlar. Bu bizim ənənəmiz, kimliyimizdir. Bizim sülh gündəliyimiz üçün daha güclü qətiyyətimiz var və biz Tramp administrasiyasının tam dəstəyinə malikik".
03:58 / 04 Oktyabr 2026
66
00:16 / 04 Oktyabr 2026
95
23:56 / 03 Oktyabr 2026
71
23:26 / 03 Oktyabr 2026
77
22:53 / 03 Oktyabr 2026
79
22:48 / 03 Oktyabr 2026
74
22:41 / 03 Oktyabr 2026
93
22:29 / 03 Oktyabr 2026
84
22:13 / 03 Oktyabr 2026
157
22:08 / 03 Oktyabr 2026
102
21:24 / 03 Oktyabr 2026
85
21:09 / 03 Oktyabr 2026
104
20:57 / 03 Oktyabr 2026
127
20:51 / 03 Oktyabr 2026
100
20:38 / 03 Oktyabr 2026
105
20:27 / 03 Oktyabr 2026
588
20:14 / 03 Oktyabr 2026
102
20:03 / 03 Oktyabr 2026
464
19:52 / 03 Oktyabr 2026
594
19:51 / 03 Oktyabr 2026
129
19:46 / 03 Oktyabr 2026
80
19:34 / 03 Oktyabr 2026
82
19:34 / 03 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.