Təcili! İsrail hərəkətə keçdi - Bu ölkə BOMBALANIR
05 Avqust 2026, 20:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
768
04.12.2025, 13:38
“Ola bilsin ki, Allahşükür Paşazadənin Ramiz Mehdiyevlə münasibətləri olub. Mənim heç bir halda onunla (red.Ramiz Mehdiyevlə) əlaqəm olmayıb. Heç vaxt görüşməmişik də”.
Oxu24.com xəbər verir ki, bunu şeyxin qardaşı, deputat Cavanşir Paşazadə Modern.az-a müsahibəsində bildirib.
“Allahşükür Paşazadə şeyxülislam olub. Hər ikisi müəyyən vəzifələr yerinə yetiriblər. Ola bilsin ki, münasibətləri olub. Amma bu münasibətlər dövlətlə bağlı məsələlərdə olub. Başqa bir mövzu ola bilməz”, - deputat vurğulayıb.
C.Paşazadə həmçinin şeyxin adının müxtəlif biznes sahələrində çəkilməsi məsələsinə də aydınlıq gətirib: “Hansı bizneslə məşğul ola bilərik ki? Bu boyda dövlət qurmuşuq, belə bir şey olsa, dövlət buna əsla göz yummaz. Şeyx ölkəni dünyanın dörd bir yanında təmsil edib. Belə hal olsaydı, onu nəinki Azərbaycanı təmsil etməyə, ölkədən çıxmağa da qoymazdılar.
Hələ 20 il əvvəl deyirdilər ki, guya kartof-soğan biznesi ilə məşğulam. Sonra bir ara xalça biznesində adım hallandı. İndi görürəm ki, daha yer qalmayıb. Kimin yeri itir, mənim adımı verirlər. Bu yaxınlarda televiziyadan zəng etdilər ki, sizin restoranınızda işləyən 5 nəfər şikayətçidir. Mənim hansı restoranım var ki? Amma müxbir deyir ki, bizə məlumat veriblər, sizin restoranınızdır, bu da gedib inanır. Hələ bir ara gömrükdən mal keçirmək istəyirdilər, mənim adımı verirdilər. Biz artıq belə şeylərə öyrəşmişik”.
“Bir qızım, iki oğlum var. Bir oğlum polisdə, yüksək rütbədədir. Qızım filoloqdur, müəllim işləyir. Digər oğlum isə İstanbulda yaşayır, orada işləyir. Əvvəl burada məhkəmədə işləyirdi. Daha sonra Böyük Britaniyaya gedib dəniz brokerliyi sahəsində təhsil aldı, orada bir müddət logistika ilə məşğul olandan sonra İstanbulda öz şirkətini yaratdı.
Nəvələrimin hamısı oxuyub. Onlardan üçü İstanbulda yaşayır, iki nəvəm isə təhsilləri ilə bağlı İngiltərədədirlər. Bir nəvəm İstanbulda oxuyub, indi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sektor müdiri işləyir. Digərləri balacadır. Ən balaca nəvəmin adı Esmamələkdir. Gündə gəlib mənə yalan danışır (gülür)”, - parlamentari ailəsi ilə bağlı sualları cavablandırarkən deyib.
00:51 / 06 Avqust 2026
12
23:09 / 05 Avqust 2026
70
22:24 / 05 Avqust 2026
82
22:10 / 05 Avqust 2026
79
21:39 / 05 Avqust 2026
84
21:24 / 05 Avqust 2026
93
20:47 / 05 Avqust 2026
91
19:59 / 05 Avqust 2026
69
19:49 / 05 Avqust 2026
142
19:28 / 05 Avqust 2026
108
19:14 / 05 Avqust 2026
102
18:57 / 05 Avqust 2026
89
18:44 / 05 Avqust 2026
79
18:29 / 05 Avqust 2026
97
18:15 / 05 Avqust 2026
95
17:59 / 05 Avqust 2026
90
17:45 / 05 Avqust 2026
92
17:30 / 05 Avqust 2026
80
17:10 / 05 Avqust 2026
98
16:59 / 05 Avqust 2026
93
16:45 / 05 Avqust 2026
118
16:31 / 05 Avqust 2026
99
16:12 / 05 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.