Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki
09 Avqust 2026, 12:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
619
28.10.2025, 20:14
Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda deyilir.
"Sizin həyata keçirdiyiniz uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır. Qlobal aləmdə və regionda cərəyan edən proseslərdə fəal və prinsipial mövqeyi, sülhün, sabitliyin bərqərar olması üçün səyləri Türkiyəyə dünyada böyük nüfuz və etimad qazandırmışdır. Biz qardaş ölkənin hər bir uğuruna sevinir və bundan fərəhlənirik.
Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və "Bir millət, iki dövlət" prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir", - Prezident İlham Əliyevin təbrik məktubunda deyilir.
"Bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və müttəfiqliyi eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühüm amildir.
Oktyabrın əvvəlində Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Qəbələyə səfərinizi ən xoş təəssüratlarla xatırlayıram. Sizin Türk Dünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində əzmkar fəaliyyətinizi xüsusi qeyd etmək istərdim.
Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş və zamanın sınağından çıxmış qardaşlıq münasibətlərimizin və səmərəli əməkdaşlığımızın xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram", - Azərbaycan Prezidenti bildirib.
02:32 / 10 Avqust 2026
1
01:11 / 10 Avqust 2026
34
23:34 / 09 Avqust 2026
56
23:06 / 09 Avqust 2026
70
23:06 / 09 Avqust 2026
69
22:17 / 09 Avqust 2026
73
21:27 / 09 Avqust 2026
75
20:42 / 09 Avqust 2026
78
20:24 / 09 Avqust 2026
101
19:49 / 09 Avqust 2026
92
19:14 / 09 Avqust 2026
84
18:40 / 09 Avqust 2026
130
14:30 / 09 Avqust 2026
100
13:55 / 09 Avqust 2026
93
13:31 / 09 Avqust 2026
456
13:30 / 09 Avqust 2026
104
13:10 / 09 Avqust 2026
108
12:30 / 09 Avqust 2026
108
12:24 / 09 Avqust 2026
560
12:13 / 09 Avqust 2026
113
12:06 / 09 Avqust 2026
187
12:04 / 09 Avqust 2026
1375
12:02 / 09 Avqust 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.