İran bütün istiqamətlərdən HƏRƏKƏTƏ KEÇDİ - Sərhədə ordu yeritdi
20 Sentyabr 2026, 18:48
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
958
28.10.2025, 12:58
Türkiyənin xarici işlər naziri Hakan Fidanın müavini Ayşə Berris Ekincini Bakıya göndərməsi səbəbsiz deyil. Şuşa Bəyannaməsindən irəli gələrək iki dövlət arasında məsləhətləşmələrə ehtiyac var.
Oxu24.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Birincisi, Azərbaycanla Ermənistan arasında dialoq getdikcə genişlənib, tranzit yüklər Azərbaycandan keçməklə Ermənistana çatdırılacaq. Baş nazir Nikol Paşinyan da öz növbəsində Azərbaycan və Türkiyəyə Ermənistan ərazisindən yükləri daşımağı təklif edib. Deməli, bu mövzu Bakı ilə Ankara arasında müzakirə olunmalı, birgə addımlar atılmalıdır. İkincisi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı gələn ilin yazında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət etdiklərini bildirib. Bu dəvətə necə cavab veriləcəyinə də Bakı və Ankara birgə qərar verməlidir. Bunların fonunda Türkiyə Ermənistanla sərhədi açacaqmı və bu ölkə ilə diplomatik münasibətləri bərpa edəcəkmi, yoxsa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləyəcək? Bakı bu sualın cavabını Ankaradan eşitmək istəyər”, - politoloq vurğulayıb.
E.Şahinoğlunun fikrincə, Türkiyə xarici işlər nazirinin müavininin Bakıda müzakirə edəcəyi digər mövzu Qəzza ilə əlaqəli ola bilər:
“İsrail hökuməti Türkiyə hərbçilərinin Qəzzada beynəlxalq qüvvələrin tərkibində olmasının əleyhinədir, Azərbaycan hərbçilərinə isə yaşıl işıq yandırmağa hazırdır. Bu, Türkiyə üçün məqbuldurmu? Bu sual ətrafında da Ankara ilə Bakı arasında müzakirələr aparıla bilər. Prezident İlham Əliyev beynəlxalq konfransların birində üzünü Ermənistanın keçmiş Prezidenti Serj Sərkisyana tutaraq, “Türkiyə burada yoxdur, amma mən burdayam” şəklində açıqlama vermişdi. İndi Qəzzada Türkiyə hərbçilərinin iştirakı mümkün olmasa, Azərbaycan hərbçiləri sülhün qorunması və sabitlik üçün əllərindən gələni edəcəklər. Ankara Bakı ilə Moskva arasında normallaşmanın nə yerdə olmasıyla da maraqlana bilər.
Bir sözlə Türkiyə xarici işlər nazirinin müavininin Bakıya səfərində müzakirə ediləcək kifayət qədər mövzu var”.
Həmçinin oxuyun
03:01 / 21 Sentyabr 2026
108
23:42 / 20 Sentyabr 2026
70
23:22 / 20 Sentyabr 2026
53
23:22 / 20 Sentyabr 2026
85
22:50 / 20 Sentyabr 2026
123
22:34 / 20 Sentyabr 2026
109
22:03 / 20 Sentyabr 2026
82
21:41 / 20 Sentyabr 2026
226
21:28 / 20 Sentyabr 2026
93
20:40 / 20 Sentyabr 2026
104
20:31 / 20 Sentyabr 2026
219
20:12 / 20 Sentyabr 2026
79
20:05 / 20 Sentyabr 2026
94
19:49 / 20 Sentyabr 2026
1687
19:29 / 20 Sentyabr 2026
118
19:17 / 20 Sentyabr 2026
112
18:59 / 20 Sentyabr 2026
97
18:59 / 20 Sentyabr 2026
926
18:55 / 20 Sentyabr 2026
270
18:52 / 20 Sentyabr 2026
94
18:48 / 20 Sentyabr 2026
106
18:47 / 20 Sentyabr 2026
268
18:23 / 20 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.