Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki
09 Avqust 2026, 12:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2498
24.10.2025, 15:22
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müzakirələrin getdiyi bir vaxtda onun haqqında yeni faktlar üzə çıxır.
Ramiz Mehdiyevin rəhbər olduğu vaxtda gördüyü bu əməllərdən ziyan çəkənlərin siyahısında dövlət qulluğunda çalışan şəxslər də az deyilmiş.Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu zaman yazdığı bu məktubla Azərbaycan elminə daha bir ağır zərbə endirib.
Söhbət hansı məktubdan gedir?
Bu barədə Oxu24.com-a danışan etibarlı mənbə bildirib ki,Ramiz Mehdiyev dövlət qulluğunda çalışan şəxslərin elmi işlə məşğul olmalarını,hər hansı bir mövzuda elmi iş müdafiə etməyi qadağan edibmiş.Bununla bağlı R.Mehdiyevin imzası ilə Ali Attestasiya Komissiyasına məktub da daxil olub.
Mənbə onu da qeyd edir ki,bu qadağadan sonra yüzlərlə vəzifə tutan şəxs elmi işlə məşğul ola bilməmiş,onların elmi işi yarımçıq qalmış və müdafiə etmələri mümkün olmamışdır.
Bəs,Ramiz Mehdiyev bu qərarı niyə verib?
Mövzu ilə bağlı əməkdaşımıza danışan məlumatlı mənbə bildirib ki, Ramiz Mehdiyevin general-mayor oğlu (Red- Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavinidir) elmi dərəcə aldıqdan sonra bu qadağa gündəmə gəlib.Onu da qeyd edək ki, R.Mehdiyevin oğlu T.Mehdiyev hüquq elmləri üzrə fəlsələ doktorudur.
Sual olunur: Əgər,belə bir qadağa varsa,"boz kardinal"ın oğlu necə müdafiə edib?...Onu da qeyd edək ki,Mehdiyevlər ailəsində 3 professor və bir akademik var.
Məsələ ilə bağlı elm adamları da münasibət bildirib.Belə bir qadağanın olması dolayısı yolla rəsmi təsdiqini tapıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnistutunun direktoru,Müdafiə Şurasının sədri professor Nadir Məmmədli Oxu24.com saytının əməkdaşına bildirib ki,barəsində söhbət gedən məsələdən xəbərdardır.
Amma,Ali Attestasiya Komissiyasına Ramiz Mehdiyev tərəfindən yazılmış məktub barədə eşitsə də,buna dair onun əlində heç bir yazılı sənəd yoxdur.
Məhz Mehdiyevin bu məktubu yüzlərlə istedadlı insanın elmdən uzaq düşməsinə səbəb olub.
Hesab edirik ki,Azərbaycan elminin düşməni Ramiz Mehdiyev əgər,həqiqətən də rəsmi və ya qeyri-rəsmi belə göstəriş veribsə,o dərhal ləğv edilməlidir və onun özü kimi arxivə göndərilməlidir.Onun ilk növbədə özünün və ailə üzvlərinin hansı yollarla elmin zirvəsinə yüksəlmələrini Ali Attestasiya Komissiyası apellyasiya qaydasında araşdırılmalıdır.
Miri Məcidli
02:32 / 10 Avqust 2026
90
01:11 / 10 Avqust 2026
85
23:34 / 09 Avqust 2026
83
23:06 / 09 Avqust 2026
88
23:06 / 09 Avqust 2026
81
22:17 / 09 Avqust 2026
83
21:27 / 09 Avqust 2026
83
20:42 / 09 Avqust 2026
91
20:24 / 09 Avqust 2026
113
19:49 / 09 Avqust 2026
101
19:14 / 09 Avqust 2026
91
18:40 / 09 Avqust 2026
142
14:30 / 09 Avqust 2026
105
13:55 / 09 Avqust 2026
100
13:31 / 09 Avqust 2026
538
13:30 / 09 Avqust 2026
109
13:10 / 09 Avqust 2026
113
12:30 / 09 Avqust 2026
111
12:24 / 09 Avqust 2026
588
12:13 / 09 Avqust 2026
118
12:06 / 09 Avqust 2026
254
12:04 / 09 Avqust 2026
1704
12:02 / 09 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.