Prezidentin Sərəncamı ilə irimiqyaslı islahatlar gəlir — Yeni mərhələ NƏLƏRİ DƏYİŞƏCƏK?
28 May 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
675
15.09.2025, 21:48
15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxış edib.
Oxu24.com Xarici İşlər Nazirliyinə istinadən verilən məlumata görə, çıxışda Qətərə edilən son hava hücumunun dərin narahatlıq doğurduğu bildirilib, Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunub. Beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalaraq gərginliyin daha da dərinləşməməsinə çağırış edilib.
Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılması xüsusunda Qətərin vasitəçilik səyləri yüksək qiymətləndirilib, tərəflər arasında danışıqların bərpasının və daimi atəşkəsə nail olunmasının zəruriliyi vurğulanıb.
Ümumilikdə Fələstin məsələsi kontekstində ölkəmiz tərəfindən "iki dövlət" prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll variantının dəstəkləndiyi bir daha diqqətə çatdırılıb.
Regiondakı böhranın həlli istiqamətində sülh təşəbbüslərindən əlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub.
Bu çərçivədə, Azərbaycanın qardaş Fələstin xalqına öncəki illər ərzində dəstəyinin davamı olaraq, eskalasiyanın başladığı 2023-cü ildən etibarən 2 milyon ABŞ dolları həcmində humanitar yardımın ayrıldığı bildirilib. Bundan əlavə, ölkəmiz tərəfindən Fələstinə təhsil və səhiyyə sahələri üzrə dəstək layihələrinin həyata keçirildiyi çıxışda qeyd olunub.Milli.Az
00:18 / 29 May 2026
81
00:11 / 29 May 2026
181
00:04 / 29 May 2026
89
23:59 / 28 May 2026
81
23:55 / 28 May 2026
249
23:51 / 28 May 2026
4079
23:33 / 28 May 2026
192
23:26 / 28 May 2026
89
23:21 / 28 May 2026
441
23:19 / 28 May 2026
82
23:01 / 28 May 2026
76
22:49 / 28 May 2026
210
22:43 / 28 May 2026
190
22:39 / 28 May 2026
189
22:35 / 28 May 2026
211
22:32 / 28 May 2026
283
22:28 / 28 May 2026
88
22:26 / 28 May 2026
189
22:20 / 28 May 2026
5527
22:12 / 28 May 2026
77
22:00 / 28 May 2026
92
21:53 / 28 May 2026
107
21:51 / 28 May 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.