Türkiyə və İran arasında DANIŞIQ
13 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
720
05.09.2025, 09:50
"NATO-nun baş katibi Mark Rütte alyansın müttəfiqlərinə xəbərdarlıq edərək Rusiya ilə ümumi sərhədi olmayan ölkələrin də onun ən yeni raket texnologiyalarına görə təhlükə altında olduğunu bildirib. O, bunu Lüksemburqda keçirilən mətbuat konfransında deyib.Təhlükənin alyansın bütün üzvlərinə aid olduğunu bir daha vurğulayan baş katib ABŞ-nin NATO-nun maraqlarına sadiqliyini təsdiqləyib".
Oxu24.com xəbər verir ki, bunu siyasi şərhçi Kənan Novruzov bildirib:
"Rusiya üç ildir Ukrayna müharibə aparmasına, Qərbin təzyiqlərinə məruz qalmasına baxmayaraq, NATO hələ də onun haqqında ehtiyatla danışır. Görünür, Moskva özünün hegemonluğunu qorumağı bacarır. Təbii ki, bu, təsadüfi verilən açıqlama deyil. Baş katibin səsləndirdiyi fikirlərin Qərb ölkələrində ciddi ajiotaj yaratması da mümkündür".
O qeyd edib ki, faktiki olaraq bataqlıqda olmasına baxmayaraq Rusiya hələ də müəyyən siyasi, iqtisadi və hərbi imkanlara malikdir. Kreml bu gün, demək olar, bütün Qərblə mübarizə aparır. Amma müqavimət göstərə bilər. Ola bilsin, elə bu müqavimətin özü də NATO-nu qorxuya salıb. M.Ruttenin açıqlamasını iki cür başa düşmək olar. Birincisi, ola bilsin, NATO Rusiyanın gücünü qabardaraq gələcəkdə hansısa formada güzəştə getməyə hazırlaşır:
"İkincisi, ola bilsin, NATO bunu əsas götürərək güclənmə və özünümüdafiə adı ilə Rusiyaya qarşı təzyiqləri artıracaq. Məncə, indiki situasiyada ikinci variant daha inandırıcı görünür. Hərçənd təşkilat daxilində Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı olmayan aktorlar da var. Ən azından Alyansın ikinci dövləti olan Türkiyə bunu istəmir.
Gələcəkdə NATO-nun Rusiyaya təzyiqləri artırması mümkündür".
00:30 / 14 Oktyabr 2026
489
00:28 / 14 Oktyabr 2026
370
00:11 / 14 Oktyabr 2026
326
00:09 / 14 Oktyabr 2026
110
23:55 / 13 Oktyabr 2026
244
23:55 / 13 Oktyabr 2026
99
23:55 / 13 Oktyabr 2026
114
23:54 / 13 Oktyabr 2026
115
23:43 / 13 Oktyabr 2026
100
23:41 / 13 Oktyabr 2026
142
23:33 / 13 Oktyabr 2026
96
23:24 / 13 Oktyabr 2026
526
23:15 / 13 Oktyabr 2026
174
23:02 / 13 Oktyabr 2026
281
22:57 / 13 Oktyabr 2026
122
22:49 / 13 Oktyabr 2026
250
22:47 / 13 Oktyabr 2026
142
22:43 / 13 Oktyabr 2026
113
22:25 / 13 Oktyabr 2026
798
22:19 / 13 Oktyabr 2026
514
22:18 / 13 Oktyabr 2026
104
22:10 / 13 Oktyabr 2026
399
22:02 / 13 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.