Rusiyadan yüksək vəzifəli şəxs BAKIYA GƏLİR
14 Oktyabr 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
748
01.09.2025, 10:36
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Oxu24.com xəbər verir ki, görüşdə qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən enerji, nəqliyyat sahələrində daha da genişlənməsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı SOCAR ilə Türkiyənin Botaş şirkəti arasında əməkdaşlığa toxunulub və bu xüsusda Azərbaycan qazının Qətərin maliyyə dəstəyi ilə Türkiyə üzərindən Suriyaya çatdırılmasının önəmi qeyd edilib. Həmçinin Azərbaycanla Türkiyənin digər ölkələrdə birgə enerji layihələrinin icrasına dair məsələlər müzakirə olunub.
Bir neçə gün əvvəl Qars-İğdır-Dilucu dəmir yolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda, o cümlədən Naxçıvan regionunda həyata keçirilən dəmir yolu layihələri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi müzakirə olunub və bu xüsusda, Türkiyənin regional məsələlərdə sabitləşdirici rolu yüksək qiymətləndirilib.
Türk Dövlətləri Təşkilatının bu il Azərbaycanda keçiriləcək növbəti Zirvə görüşünün əhəmiyyətinə toxunulub.
Dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələrinin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
12:58 / 14 Oktyabr 2026
4
12:55 / 14 Oktyabr 2026
10
12:53 / 14 Oktyabr 2026
10
12:47 / 14 Oktyabr 2026
33
12:42 / 14 Oktyabr 2026
33
12:31 / 14 Oktyabr 2026
40
12:21 / 14 Oktyabr 2026
1130
12:13 / 14 Oktyabr 2026
62
12:06 / 14 Oktyabr 2026
53
11:57 / 14 Oktyabr 2026
265
11:48 / 14 Oktyabr 2026
72
11:46 / 14 Oktyabr 2026
330
11:45 / 14 Oktyabr 2026
72
11:33 / 14 Oktyabr 2026
80
11:33 / 14 Oktyabr 2026
202
11:22 / 14 Oktyabr 2026
73
11:21 / 14 Oktyabr 2026
121
11:09 / 14 Oktyabr 2026
116
11:07 / 14 Oktyabr 2026
69
11:00 / 14 Oktyabr 2026
80
10:59 / 14 Oktyabr 2026
92
10:59 / 14 Oktyabr 2026
77
10:49 / 14 Oktyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.