Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
876
27.08.2025, 11:35
Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu. Birincisi, ilk növbədə, təyyarəyə atəş açılmamalı idi, çünki Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim “xalça”, rus dilində “kavyor” adlanır.
Oxu24.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
Prezident bildirib ki, dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdır:
"Həmin təyyarə qəzaya düşməzdən iki həftə əvvəl Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar hal ilə üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin təyyarə geri dönmüşdü. Bu dəfə bu siqnalı vermədilər. Təyyarə artıq vurulandan sonra siqnal verdilər. Bunu yalnız araşdırma prosesini aparacaq şəxsləri çaşdırmaq üçün etdilər. İki dəfə atəş açdılar. Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi.
Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi. Enişdən sonra qəza baş verdi. Bəzi sərnişinlər sağ qaldı, bizdə ifadə verənlər var. Təyyarədə olan, gövdəyə daxil olan qəlpələrdən yaralanan iki nəfər var. Təyyarənin qalıqları da var və mən dərhal heyəti oraya göndərdim. Uzaq deyil, uçuş cəmi 40 dəqiqədir. Komandamız dərhal oraya getdi və hər şeyi lentə aldı. İnternetdə tapa bilərsiniz. Bütün gövdədə qəlpə dəlikləri var idi. O, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Beləliklə, ilk növbədə, təyyarənin vurulması baş verməməli idi və bu, faciəvi bir səhv idi".
22:57 / 14 Oktyabr 2026
55
22:50 / 14 Oktyabr 2026
47
22:42 / 14 Oktyabr 2026
66
22:34 / 14 Oktyabr 2026
62
22:31 / 14 Oktyabr 2026
1006
22:28 / 14 Oktyabr 2026
59
22:25 / 14 Oktyabr 2026
76
22:18 / 14 Oktyabr 2026
70
22:13 / 14 Oktyabr 2026
70
22:00 / 14 Oktyabr 2026
74
21:46 / 14 Oktyabr 2026
84
21:38 / 14 Oktyabr 2026
329
21:38 / 14 Oktyabr 2026
83
21:34 / 14 Oktyabr 2026
86
21:28 / 14 Oktyabr 2026
83
21:25 / 14 Oktyabr 2026
71
21:19 / 14 Oktyabr 2026
73
21:13 / 14 Oktyabr 2026
79
20:56 / 14 Oktyabr 2026
71
20:55 / 14 Oktyabr 2026
97
20:50 / 14 Oktyabr 2026
455
20:47 / 14 Oktyabr 2026
94
20:44 / 14 Oktyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.