Prezident İlham Əliyev çıxış edib -DETALLAR
15 Oktyabr 2026, 22:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
638
25.08.2025, 11:56
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.
Oxu24.com xəbər verir ki, Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlət başçısına təbriklərini çatdırıb, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib.
Qonaq həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub.
Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini çatdırıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini deyib.
Dövlət başçısı COP29 zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırlayıb.
Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, siyasi münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə olunub.
İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirildi. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlıq qeyd olunub, bunun həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi vurğulandı. Bp ilə qarşılıqlı faydalı əməkdaşlığın qarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıq ifadə olunub.
Sonda qonaq dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
08:41 / 16 Oktyabr 2026
1
08:39 / 16 Oktyabr 2026
45
08:35 / 16 Oktyabr 2026
21
07:22 / 16 Oktyabr 2026
219
00:52 / 16 Oktyabr 2026
124
00:10 / 16 Oktyabr 2026
159
23:39 / 15 Oktyabr 2026
115
23:19 / 15 Oktyabr 2026
159
23:00 / 15 Oktyabr 2026
163
22:40 / 15 Oktyabr 2026
162
22:22 / 15 Oktyabr 2026
156
22:15 / 15 Oktyabr 2026
517
22:10 / 15 Oktyabr 2026
164
22:06 / 15 Oktyabr 2026
182
22:06 / 15 Oktyabr 2026
108
22:06 / 15 Oktyabr 2026
118
21:55 / 15 Oktyabr 2026
145
21:42 / 15 Oktyabr 2026
134
21:23 / 15 Oktyabr 2026
206
21:12 / 15 Oktyabr 2026
143
21:07 / 15 Oktyabr 2026
191
20:56 / 15 Oktyabr 2026
124
20:48 / 15 Oktyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.