Milli Məclis BƏYANAT YAYDI
16 Oktyabr 2026, 09:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
562
24.08.2025, 13:14
Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Ukraynanın Prezidenti Volodimir Zelenskini təbrik edib.
Oxu24.com xəbər verir ki, təbrik məktubunda bu əlamətdar gün münasibətilə Prezident Volodimir Zelenskiyə və onun simasında bütün Ukrayna xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini, ən xoş arzularını yetirən dövlət başçısı qeyd edib:
“Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır.
Hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir. Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıca amillərdəndir.
Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir.
Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.
Prezident İlham Əliyev bu bayram günündə ukraynalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Ukrayna xalqına isə sülh və əmin-amanlıq diləyib.
09:34 / 16 Oktyabr 2026
1
09:24 / 16 Oktyabr 2026
15
09:21 / 16 Oktyabr 2026
88
09:18 / 16 Oktyabr 2026
23
08:41 / 16 Oktyabr 2026
161
08:39 / 16 Oktyabr 2026
127
08:35 / 16 Oktyabr 2026
78
07:22 / 16 Oktyabr 2026
312
00:52 / 16 Oktyabr 2026
131
00:10 / 16 Oktyabr 2026
164
23:39 / 15 Oktyabr 2026
121
23:19 / 15 Oktyabr 2026
164
23:00 / 15 Oktyabr 2026
168
22:40 / 15 Oktyabr 2026
167
22:22 / 15 Oktyabr 2026
156
22:15 / 15 Oktyabr 2026
528
22:10 / 15 Oktyabr 2026
167
22:06 / 15 Oktyabr 2026
184
22:06 / 15 Oktyabr 2026
108
22:06 / 15 Oktyabr 2026
118
21:55 / 15 Oktyabr 2026
146
21:42 / 15 Oktyabr 2026
138
21:23 / 15 Oktyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.