İlham Əliyev SƏRƏNCAM İMZALADI
17 Oktyabr 2026, 15:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
722
23.08.2025, 12:42
Azərbaycan, Türkmənistan və Özbəkistan regional və qlobal miqyasda sülhün, sabitliyin, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edən strateji tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsi istiqamətində uzunmüddətli kursun sarsılmazlığını təsdiqləyir.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədovun avqustun 22-də Türküstanda keçirilən üçtərəfli sammitin yekunları üzrə qəbul etdikləri birgə bəyanatda deyilir.
Türkmənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə qarşılıqlı əməkdaşlığın üç xalqın çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ruhunda davam etdiriləcəyi qeyd olunur.
Tərəflər ən yüksək və yüksək səviyyədə sıx təmasların davam etdirilməsinin, üç ölkənin xarici siyasət fəaliyyətində qarşılıqlı fəaliyyətin və müasir çağırış və təhdidlərə qarşı birgə mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Liderlər həmçinin beynəlxalq və regional təşkilatlar, xüsusilə də BMT çərçivəsində dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini davam etdirmək barədə razılığa gəliblər.
16:10 / 17 Oktyabr 2026
21
15:50 / 17 Oktyabr 2026
68
15:41 / 17 Oktyabr 2026
71
15:32 / 17 Oktyabr 2026
750
15:19 / 17 Oktyabr 2026
997
15:17 / 17 Oktyabr 2026
88
15:14 / 17 Oktyabr 2026
120
14:35 / 17 Oktyabr 2026
102
14:30 / 17 Oktyabr 2026
81
14:23 / 17 Oktyabr 2026
620
14:15 / 17 Oktyabr 2026
89
13:55 / 17 Oktyabr 2026
96
13:47 / 17 Oktyabr 2026
299
13:45 / 17 Oktyabr 2026
96
13:40 / 17 Oktyabr 2026
160
13:31 / 17 Oktyabr 2026
105
13:30 / 17 Oktyabr 2026
94
13:25 / 17 Oktyabr 2026
122
13:16 / 17 Oktyabr 2026
178
13:15 / 17 Oktyabr 2026
132
12:55 / 17 Oktyabr 2026
205
12:39 / 17 Oktyabr 2026
810
12:28 / 17 Oktyabr 2026
429
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.