İlham Əliyev SƏRƏNCAM İMZALADI
17 Oktyabr 2026, 15:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
600
23.08.2025, 09:00
ABŞ Prezidenti Donald Tramp ilə Vladimir Putin arasında 15 avqustda Alyaskada keçirilən görüşün ardından, Trampın Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə müzakirə etdiyi Kiyevə yönəlik təhlükəsizlik zəmanətləri gündəmdə qalır.
Reuters-ə danışan və adının açıqlanmasını istəməyən Kremldəki 3 mənbəyə görə, Putinin ümumilikdə 4 tələbi var:
Ukraynanın şərqindəki Donbas bölgəsinin tam şəkildə Rusiyaya verilməsi,
Kiyevin NATO-ya üzvlük hədəflərindən imtina etməsi,
Ukraynanın neytral statusda qalması,
Qərb əsgərlərinin Ukraynaya daxil olmaması.
Xəbərdə qeyd olunur ki, Putin 2024-cü ilin iyununda Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın bir parçası olduğunu bəyan etmiş, Ukraynanın isə bu şərtləri rədd etdiyi vurğulanmışdı. Yeni təklifdə isə Putin yalnız Donetsk və Luqanskı əhatə edən Donbasın Rusiya torpağı kimi tanınmasına qarşılıq, Zaporojye və Xersondakı mövcud cəbhə xətlərini dondurmağa hazır olduğunu bildirib. Bundan əlavə, Rusiya liderinin Xarkov, Sumı və Dnepropetrovsk bölgələrindəki kiçik işğal olunmuş əraziləri geri qaytarmağa meylli olduğu deyilir.
Xəbərdə həmçinin Putin NATO-dan şərqə doğru daha çox genişlənməyəcəyinə dair hüquqi cəhətdən məcburi öhdəlik tələb etdiyi və bu məsələdə israrcı olduğu vurğulanıb. O, eyni zamanda Ukrayna ordusunun məhdudlaşdırılmasını və hətta sülhməramlı qüvvələr çərçivəsində belə Qərb əsgərlərinin Ukraynaya girməməsini tələb edir.
Ukrayna Prezidenti Vladimir Zelenski isə dəfələrlə bildirib ki, Ukrayna torpaqlarını Moskva ilə razılaşmanın bir hissəsi olaraq verməyəcək. Onun Donbası Rusiyanın daha irəli getməsinin qarşısını alan bir "qala" kimi gördüyü qeyd olunub.
Reuters-ə danışan dördüncü mənbə isə Putinin Rusiyanın iqtisadi zəifliyinin və Ukrayna ərazilərində daha da irəliləməyin gətirəcəyi maliyyə yükünün fərqində olduğunu bildirib.
16:45 / 17 Oktyabr 2026
49
16:10 / 17 Oktyabr 2026
82
15:50 / 17 Oktyabr 2026
94
15:41 / 17 Oktyabr 2026
81
15:32 / 17 Oktyabr 2026
913
15:19 / 17 Oktyabr 2026
1263
15:17 / 17 Oktyabr 2026
98
15:14 / 17 Oktyabr 2026
138
14:35 / 17 Oktyabr 2026
112
14:30 / 17 Oktyabr 2026
85
14:23 / 17 Oktyabr 2026
662
14:15 / 17 Oktyabr 2026
91
13:55 / 17 Oktyabr 2026
100
13:47 / 17 Oktyabr 2026
334
13:45 / 17 Oktyabr 2026
99
13:40 / 17 Oktyabr 2026
171
13:31 / 17 Oktyabr 2026
106
13:30 / 17 Oktyabr 2026
99
13:25 / 17 Oktyabr 2026
127
13:16 / 17 Oktyabr 2026
186
13:15 / 17 Oktyabr 2026
142
12:55 / 17 Oktyabr 2026
220
12:39 / 17 Oktyabr 2026
851
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.