İlham Əliyev SƏRƏNCAM İMZALADI
17 Oktyabr 2026, 15:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1701
22.08.2025, 21:20
Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib.
Oxu24.com xəbər verir ki, bunu iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həştərxan şəhərində keçirilən 23-cü iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Biz gələcək birgə iş üçün istiqamətləri müəyyən etdik. Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı faydalıdır. Prioritetlərimiz arasında regionda nəqliyyat əlaqələrinin inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının gücləndirilməsi, enerji sektorunda əməkdaşlıq, sənaye kooperasiyasının, o cümlədən gəmiqayırma və kənd təsərrüfatının inkişafı, Xəzərdə əməkdaşlıq üzrə birgə iş var”, - Rusiya rəsmisi vurğulayıb.
Həmçinin A.Overçuk qeyd edib ki, Moskva və Bakı Xəzər dənizində kruiz gəmiçiliyinin işə salınmasına və regionda turizmin inkişafına kömək etmək barədə razılığa gəlib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın ilk üç ticarət tərəfdaşı sırasındadır:
“Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10 faizi ölkəmizin payına düşür. Azərbaycan bazarında Rusiya kapitallı 1800-ə yaxın şirkət təmsil olunur”.
A.Overçuk əlavə edib ki, Azərbaycan və Rusiya qarşılıqlı ticarətdə milli valyutalara güvənir.
İclasda Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev təmsil edib.(telegraf)
16:45 / 17 Oktyabr 2026
49
16:10 / 17 Oktyabr 2026
82
15:50 / 17 Oktyabr 2026
94
15:41 / 17 Oktyabr 2026
81
15:32 / 17 Oktyabr 2026
913
15:19 / 17 Oktyabr 2026
1263
15:17 / 17 Oktyabr 2026
98
15:14 / 17 Oktyabr 2026
138
14:35 / 17 Oktyabr 2026
112
14:30 / 17 Oktyabr 2026
85
14:23 / 17 Oktyabr 2026
662
14:15 / 17 Oktyabr 2026
91
13:55 / 17 Oktyabr 2026
100
13:47 / 17 Oktyabr 2026
334
13:45 / 17 Oktyabr 2026
99
13:40 / 17 Oktyabr 2026
171
13:31 / 17 Oktyabr 2026
106
13:30 / 17 Oktyabr 2026
99
13:25 / 17 Oktyabr 2026
127
13:16 / 17 Oktyabr 2026
186
13:15 / 17 Oktyabr 2026
142
12:55 / 17 Oktyabr 2026
220
12:39 / 17 Oktyabr 2026
851
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.