İlham Əliyev SƏRƏNCAM İMZALADI
17 Oktyabr 2026, 15:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
699
22.08.2025, 20:37
Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Oxu24.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul ediblər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və “Türkmənhavayolları” Dövlət Xidmətinin sədri Dovran Saburov imzalayıblar.
“Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov imzalayıblar.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Türkmənistanın dəmiryolu nəqliyyatı naziri Mammed Akmammedov və Özbəkistan nəqliyyat naziri İlxom Maxkamov imzalayıblar.
16:45 / 17 Oktyabr 2026
49
16:10 / 17 Oktyabr 2026
82
15:50 / 17 Oktyabr 2026
94
15:41 / 17 Oktyabr 2026
81
15:32 / 17 Oktyabr 2026
913
15:19 / 17 Oktyabr 2026
1263
15:17 / 17 Oktyabr 2026
98
15:14 / 17 Oktyabr 2026
138
14:35 / 17 Oktyabr 2026
112
14:30 / 17 Oktyabr 2026
85
14:23 / 17 Oktyabr 2026
662
14:15 / 17 Oktyabr 2026
91
13:55 / 17 Oktyabr 2026
100
13:47 / 17 Oktyabr 2026
334
13:45 / 17 Oktyabr 2026
99
13:40 / 17 Oktyabr 2026
171
13:31 / 17 Oktyabr 2026
106
13:30 / 17 Oktyabr 2026
99
13:25 / 17 Oktyabr 2026
127
13:16 / 17 Oktyabr 2026
186
13:15 / 17 Oktyabr 2026
142
12:55 / 17 Oktyabr 2026
220
12:39 / 17 Oktyabr 2026
851
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.