8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - Video
31 İyul 2025, 09:45
Qaynar xətt:
(+99450) 247 90 86Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar”
SİYASƏT
1094
21.07.2025, 12:25
İyunun 27-də Yekaterinburqda xüsusi təyinatlı polislərin azərbaycanlılara qarşı kütləvi zorakılığı və iki nəfərin ölümü, onlarla şəxsin fiziki xəsarətlər almasına səbəb olan hadisələrlə bağlı yeni iddia ortaya atılıb.
Axar.az xəbər verir ki, həmin gün verilən açıqlamada bu basqın və qətliamın guya 2001-ci ildə baş verən qətl hadisəsi ilə əlaqədar olduğu bildirilsə də, sonradan Azərbaycan diaspor rəhbərlərinin vətəndaşlıqdan çıxarılaraq, deport edilməsi, həbsləri, küçədə zorakılıqla saxlanılması və s. Yekaterinburqun “başlanğıc” olduğu, göstərişin yuxarıdan gəldiyi və bütün Rusiyanı əhatə etdiyini üzə çıxardı. Ancaq bunun səbəbini izah etmək mümkün deyil.
Siyasi planda hər şey aydındır: Azərbaycan AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, üzr istənilməsi və zərərşəkənlərə kompensasiyanın ödənilməsini tələb edir. Rusiya isə bu tələblərdən yayınaraq, eyni zamanda, regional maraqlarını təmin etmək üçün Azərbaycana bir neçə istiqamətdə təzyiqlərə çalışır: Yekaterinburq hadisələrinin davamı olaraq - ölkəmizdən idxal etdiyi meyvə-tərəvəzlərdə “viruslar”, “ziyanvericilər” tapır və qadağalar tətbiq edir, azərbaycanlı iş adamlarını və diaspor rəhbərlərini heç bir səbəb olmadan saxlayır və deport və ya həbs edir, azərbaycanlıların biznes mərkəzlərində qəfil yoxlamalar aparır və s.
Ötən gün isə Kremlin təbliğat-təşviqat telekanalı “Tsarqrad” yanvar ayından başladıqları və bir aydır genişləndirdikləri təbliğat-təzyiq kampaniyasına yeni “çalar” əlavə edib. Yazıb ki, guya Ukrayna Təhlükəsizlik Xidmətinin “Hörümçək toru” xüsusi əməliyyatına Azərbaycan xüsusi xidmət orqanları Rusiyadakı diasporlarından istifadə edərək dəstək verib.
“Kəşfiyyatımıza məlum olub ki, Azərbaycan xüsusi xidmət orqanları Rusiyadakı diasporlarından istifadə edərək, “Hörümçək toru” əməliyyatının həyata keçirilməsində Ukrayna xüsusi xidmət orqanlarına kömək edib. Bəli, bəli, söhbət məhz bu yaxınlarda Rusiya ərazisində həyata keçirilən və Rusiya Aerokosmik Qüvvələrinin strateji aviasiyasını məhv etmək məqsədi daşıyan əməliyyatdan gedir. Məhz Azərbaycan diasporu öz biznes imkanlarından, bazar infrastrukturundan və anbarlarından istifadə edərək logistika və malların daşınmasını həyata keçirməyə kömək edib”, - məlumatda deyilib.
Kremlin direktivləri ilə təbliğat aparan nəşr bu qədər ağır ittihamların təsdiqi kimi heç bir fakt təqdim etməyi lazım bilməyib: bircə sübut, fakt yoxdur ki, Azərbaycan diaspor nümayəndələrinin hansısa kəşfiyyata işlədiyi sübut edilsin.
Digər tərəfdən, Azərbaycan xüsusi-xidmət orqanlarının bu cür əməliyyatlarda adını hallandırmaq təkcə dövlətlərarası etik siyasi normaları aşmaq deyil, həm də qeyri-peşəkarlıqdır. “Tərəfdaş ölkə” sayılan Azərbaycanın xüsusi xidmət orqanının “düşmənlə birgə” çalışdığı haqda informasiya yaymaq üçün Rusiya təkzibedilməz sübutlara malik olmalı və bu, ilk növbədə müvafiq strukturlar arasında müzakirə edilməli idi. Bunun əvəzində isə Azərbaycanı sübutsuz-arqumentsiz şərləmək və antitəbliğatı genişləndirmək yolu tutulub.
Həmçinin oxuyun
Kremlin göstərişini yerinə yetirən nəşr faşist-raşist qərarını tələsik elan da edib və görünür ki, diaspora qarşı bu hücumun əsl hədəfi başqadır.
Nəşr açıq şəkildə yazır ki, buna görə də (guya) “Azərbaycan xüsusi xidmət orqanlarının rezidenti olan” diasporların “zərərsizləşdirilməsinə” başlanılıb:
“Onlar sözün əsl mənasında hazırda Ukrayna ilə sıx əlaqədə olan Azərbaycan xüsusi xidmət orqanlarının rezidentidir. Xüsusi xidmət orqanları arasında hərəkətləri əlaqələndirmək üçün Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri daimi olaraq Azərbaycandadır və gördüyümüz kimi, koordinasiya konkret olaraq Rusiyaya qarşı aparılır. Deyilənlərin dolayı təsdiqi Rusiyadakı Azərbaycan diasporlarına qarşı təmizləmələr başlayandan sonra Bakının isterikaya düşməsi və Ukraynada vətəndaşları öldürüləndə susmasıdır. Ümumiyyətlə, nəticə belədir: Rusiyadakı diasporlar ləğv edilməlidir. Diasporlar olmamalıdır. Onlar məhv edilməli və qanunvericilik səviyyəsində qadağan edilməlidir, çünki bu, dövlət təhlükəsizliyi məsələsidir. Nə Azərbaycan, nə özbək nə də başqa diasporlar olmalıdır”.
Yeri gəlmişkən: Ukraynada bir neçə gün öncə məhz “Hörümçək toru” əməliyyatının hazırlanmasında müstəsna xidmətləri olan polkovnik İvan Voroniçin azərbaycanlı ər-arvad sui-qəsdçilər tərəfindən qətlə yetirildiyi haqda məlumat yayıldı. Ukrayna kəşfiyyatı bildirdi ki, Xaqani Gülalizadə və Nərmin Quliyeva FSB-nin tapşırığını yerinə yetiriblər.
Ər-arvadın Azərbaycan vətəndaşı olduqları vurğulandı və şəxsiyyət vəsiqələrinin surəti də paylaşıldı. Ancaq azərbaycanlı ər-arvadın FSB-nin tapşırığı ilə Kiyevdə qətl törətməsi hadisəsi qətiyyən Azərbaycan və Azərbaycan xüsusi xidmət orqanları ilə bağlanmadı. Çünki hər iki ölkədə azərbaycanlı da yaşayır və müharibədə yaşadıqları ölkə tərəfdən iştirak edirlər, bunun Azərbaycana heç bir aidiyyəti yoxdur, normal təfəkkür bunu belə də qəbul edir.
Rusiya təbliğat orqanları hətta bu hadisənin “analoqu” səviyyəsində fakt da təqdim etmədən, Azərbaycanı suçlamağı öz ləyaqətinə sığışdırırsa, demək, Rusiyanın təbliğat orqanları ciddi inam, ləyaqət və normal məntiq problemi yaşayır.
10:42 / 31 İyul 2025
Gölə tullanarkən boynu sındı, öldü
5
10:32 / 31 İyul 2025
Evini kirayə verənlər nə qədər vergi ödəməlidir?
14
10:02 / 31 İyul 2025
Ağır qəza: Ölən var
14
10:00 / 31 İyul 2025
Rubl görün neçəyə oldu
197
10:00 / 31 İyul 2025
Bu ərazilərdə qaz olmayacaq
17
09:45 / 31 İyul 2025
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - Video
17
09:30 / 31 İyul 2025
Rusiyadan neft-qaz alanları da sanksiya gözləyir
21
09:15 / 31 İyul 2025
“Çinlə ədalətli razılaşma əldə edəcəyik” - Tramp
20
09:00 / 31 İyul 2025
Bu ərazilərdə işıq kəsiləcək
28
00:07 / 31 İyul 2025
Torpağın altından elə maddə tapdı ki... - Qızıldan daha dəyərlidir
56
23:33 / 30 İyul 2025
Bakıda ucuz maşın fırıldağı - Diqqətli olun!
138
23:28 / 30 İyul 2025
Azərbaycanda bu xəstələrə verilən dərmanların sayı artırıldı
64
22:17 / 30 İyul 2025
Məktəb direktoruna yüksək vəzifə verildi
114
16:15 / 30 İyul 2025
Ukraynada istefa
74
14:32 / 30 İyul 2025
Altay Respublikasında zəlzələ baş verib
201
14:29 / 30 İyul 2025
Çin və Rusiya arasında birgə təlimlər olacaq
159
14:17 / 30 İyul 2025
Tramp bildirib ki, Si Cinpin onu Çinə dəvət etmək istəyir
254
14:09 / 30 İyul 2025
ABŞ Fransanın Fələstini tanımasını nasistlərin qələbəsi ilə müqayisə edir
198
13:55 / 30 İyul 2025
ABŞ Çinin üstünlüyünü tanıdı
175
13:33 / 30 İyul 2025
Prezident Sərəncam imzaladı
1424
13:28 / 30 İyul 2025
Yapon Vanqa 2025-ci ilin iyulunda zəlzələ olacağını proqnozlaşdırıbmış
324
13:25 / 30 İyul 2025
Somaliland ABŞ-yə nə təklif edir?
126
13:15 / 30 İyul 2025
Vətəndaşlarımız niyə internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər? - PROBLEM
876
13:05 / 30 İyul 2025
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
493
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.