Azərbaycan bu ölkəyə başsağlığı verdi
15 Avqust 2026, 21:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1300
21.07.2025, 12:05
Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.
Oxu24.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, büdcədənkənar vəsaitin Xidmətin aparatı, strukturuna daxil olan və tabeliyində olan qurumları arasında bölgüsü Xidmətin müvafiq əmri ilə rəsmiləşdirilir.
Büdcədənkənar vəsait hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına mütənasib əlavələrin verilməsi üzrə xərclənir.
Hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşına əlavənin məbləği onların aylıq vəzifə (tarif) maaşından çox olmamalıdır.
Aylıq vəzifə (tarif) maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.
Aylıq vəzifə (tarif) maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:
- sərəncamda olduğu və əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər;
- növbəti məzuniyyət istisna olmaqla “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 114-cü maddəsində nəzərdə tutulmuş digər məzuniyyətdə olduğu günlər;
- hərbi qulluqçu intizam cəzası aldığı gündən intizam cəzası götürülənədək.
21:08 / 16 Avqust 2026
7
20:46 / 16 Avqust 2026
40
20:39 / 16 Avqust 2026
356
20:33 / 16 Avqust 2026
142
20:19 / 16 Avqust 2026
26
19:56 / 16 Avqust 2026
65
19:40 / 16 Avqust 2026
72
19:29 / 16 Avqust 2026
98
15:05 / 16 Avqust 2026
124
14:20 / 16 Avqust 2026
129
14:12 / 16 Avqust 2026
373
13:55 / 16 Avqust 2026
137
13:45 / 16 Avqust 2026
380
13:40 / 16 Avqust 2026
1007
11:57 / 16 Avqust 2026
121
11:56 / 16 Avqust 2026
124
23:29 / 15 Avqust 2026
270
23:27 / 15 Avqust 2026
148
22:53 / 15 Avqust 2026
205
22:35 / 15 Avqust 2026
179
22:24 / 15 Avqust 2026
224
21:57 / 15 Avqust 2026
184
21:37 / 15 Avqust 2026
651
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.