Azərbaycan Prezidentinin Ermənistan Baş naziri ilə görüşünün nəticəsi məlum olub
10 İyul 2025, 14:29
Qaynar xətt:
(+99450) 247 90 86Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
SİYASƏT
228
23.05.2025, 19:50
Prezidenti Administrasiyası və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası mayın 23-də Ağdam şəhərində keçirilib.
Oxu24.com xəbər verir ki, Samir Nuriyev iclasda çıxış edərək ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin davam etdirildiyini bildirib.
Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində Ağdam rayonu da daxil olmaqla işğaldan azad olunmuş bütün ərazilərin sürətlə dirçəldiyini və inkişaf etdiyini diqqətə çatdıran Qərargah rəhbəri deyib ki, burada dağıdılmış infrastruktur bərpa olunur, kəndlər və şəhərlər yenidən qurulur, həyat getdikcə daha çox canlanır. Beş il ərzində dövlət başçısı işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib.
Bildirilib ki, Böyük Qayıdış proqramının uğurlu icrası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm işlər görülür, işğaldan azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib. Bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.
İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, dayanıqlı məskunlaşmaya nail olmaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həlli əsas hədəflərdən biridir. Bu məqsədlə kənd təsərrüfatı sahəsində fəaliyyətin genişləndirilməsi, biznes mühitinin stimullaşdırılması və iqtisadi fəallığın təşviqi istiqamətlərində zəruri tədbirlər görülür. Artıq Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanır, işğaldan azad olunmuş ərazilərdə yaradılmış sənaye məhəllələrində sahibkarlıq fəaliyyəti genişləndirilir və investisiyalar cəlb edilir.
Qərargah rəhbəri işğaldan azad edilmiş ərazilərdə şəhər-kənd inteqrasiyasının gücləndirilməsi və regionların digər ərazilərlə dayanıqlı əlaqəsinin təmin olunması məqsədilə nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Hazırda ümumi uzunluğu 2644 kilometrə çatan 40 avtomobil yolunun inşası davam etdirilir, uzunluğu 224,1 kilometr olan 7 yolda işlər artıq yekunlaşıb.
İşğaldan azad edilmiş ərazilərin inkişafı və yeni yaşayış məntəqələrinin salınması məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xatırladan Samir Nuriyev bu prosesin yalnız fiziki məkanların qurulması ilə məhdudlaşmadığını, eyni zamanda, sosial, iqtisadi, ekoloji və hüquqi aspektləri özündə birləşdirən çoxşaxəli və kompleks yanaşmanı tələb edən bir proses olduğunu vurğulayıb.
Həmçinin oxuyun
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində, habelə Proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi, nəqliyyat infrastrukturunun yaradılması, sərnişindaşıma və rabitə xidmətlərinin təşkili, ərazilərdə şəhərlərin və digər yaşayış məntəqələrinin yenidən qurulması və bərpası sahələrində görülən işlər barədə məruzələr dinlənilib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin ərazilər üzrə xüsusi nümayəndəliklərinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumatlar təqdim edilib.
İclasın sonunda Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə mühüm əhəmiyyət verdiyini bildirib, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində müvafiq tapşırıqları iştirakçıların diqqətinə çatdırıb.
Səfər çərçivəsində Ağdam şəhəri ərazisində bir sıra obyektlərə, o cümlədən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə, Ağdam Muğam Mərkəzinə və Ağdam İmarət Kompleksinə baxış keçirilib.
İnşasına ötən ildən başlanılmış 2-ci yaşayış məhəlləsi ilə tanışlıq çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi tərəfindən qeyd olunub ki, hazırda 11 kvartalda 66 binanın tikinti işləri davam etdirilir. Məhəllədə ümumilikdə 60 yaşayış, 6 qeyri-yaşayış binası olmaqla, 1268 mənzilin, həmçinin qazanxananın, uşaqlar üçün əyləncə mərkəzinin, idman meydançalarının inşası nəzərdə tutulur.
Daha sonra Ağdam Cümə məscidi ziyarət edilib. İşğal dövründə - 2000-ci il mayın 9-da Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş daş parçasının aid olduğu məscid Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilib. Məscidin qırıq minarəsi və içindəki daşları, giriş qapısı bərpa olunub, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib.
Sonda dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkına yola düşən Əlaqələndirmə Qərargahının üzvləri burada sahibkarlıq subyektləri üçün təmin edilmiş şəraitlə tanış olublar. Sənaye Parkı barədə məlumat verən iqtisadiyyat naziri vurğulayıb ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci sənaye parkıdır. Burada ümumilikdə 31 olmaqla, 27 müəssisə rezident, 4 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Sənaye Parkında divar kağızının istehsalçısı olan “Mister Decor”, rabitə və işarəvermə, mikroprosessor mərkəzləşmə sistemi avadanlığı istehsalçısı olan “Rail Trans Service”, orta və aşağıgərginlikli qurğu, monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün şarjdoldurma avadanlığı istehsalçısı olan “Eel Electric” və təhlükəsizlik ayaqqabıları, poliuretan çəkmələr istehsalçısı olan “BAFCO İnvest” məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti barədə məlumatlar təqdim olunub.
14:29 / 10 İyul 2025
Azərbaycan Prezidentinin Ermənistan Baş naziri ilə görüşünün nəticəsi məlum olub
1
13:34 / 10 İyul 2025
Rusiya yeni qırıcıları orduya cəlb etdi - VİDEO
28
13:30 / 10 İyul 2025
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi matçında BİABIRÇILIQ
20
13:26 / 10 İyul 2025
Yeni qanun imzalandı: Miras davaları kəskin azalacaq
61
13:22 / 10 İyul 2025
Ukrayna bir həftədir ki, ABŞ müdafiə naziri ilə danışıqlar apara bilmir
22
13:18 / 10 İyul 2025
ABŞ Rusiyadakı yeni səfir üçün razılaşma tələb etməyib
19
13:06 / 10 İyul 2025
Putindən Rusiyadakı azərbaycanlılara daha bir şok – Hamısını…
1325
11:59 / 10 İyul 2025
Əbu-Dabidə maraqlı kadr: O, yenə Prezidentin yanındadır - Video
381
11:57 / 10 İyul 2025
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək
36
11:38 / 10 İyul 2025
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
53
11:12 / 10 İyul 2025
Bakıda qəbiristanlıqda dəhşət: Məktəblini "alə" sözünə görə öldürdülər - VİDEO
628
11:08 / 10 İyul 2025
Polşa hava limanın bağlayır?
44
11:02 / 10 İyul 2025
Tramp misə 50% rüsum tətbiq edir
41
10:50 / 10 İyul 2025
Tokayev Trampa cavab verib
54
10:45 / 10 İyul 2025
Reuters: ABŞ Ukraynaya artilleriya mərmilərinin çatdırılmasını bərpa edir
46
10:39 / 10 İyul 2025
Dollar BAHALAŞDI – Manatla bağlı KRİTİK PROQNOZ
1238
10:37 / 10 İyul 2025
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
52
10:33 / 10 İyul 2025
DYP xəbərdarlıq etdi
40
10:28 / 10 İyul 2025
Braziliya lideri ABŞ-yə meydan oxudu
47
10:27 / 10 İyul 2025
Həftəsonu 34 mindən çox abituriyent imtahan verəcək
44
10:19 / 10 İyul 2025
Türkiyədə yumurta ilə bağlı qərar
41
10:08 / 10 İyul 2025
Quyudan su götürmək istəyərkən öldü
54
10:03 / 10 İyul 2025
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
394
10:00 / 10 İyul 2025
Yaxşı görmək istəyirsinizsə bu qidalardan çox yeyin
103
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.