Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2741
22.05.2025, 16:55
ABŞ Ədliyyə Nazirliyi Kanadanın “Bombardier” şirkəti ilə bağlı aparılan korrupsiya istintaqını dayandırıb. Sözügedən araşdırma çərçivəsində Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbəri Arif Əsgərovun adları hallanırdı.
Oxu24.com haqqin.az-a istinadən xəbər verir ki, “Bombardier” şirkəti 1 aprel tarixində ABŞ Ədliyyə Nazirliyindən rəsmi məktub alaraq, istintaqın bağlandığını təsdiqləyib. Kanada şirkətinin maliyyə hesabatında qeyd olunur ki, “İndoneziya və Azərbaycan dəmir yolları ilə bağlı müqavilələrlə əlaqəli iki istintaq toplanmış məlumatlar əsasında yekunlaşdırılıb”.
ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib. Bombardier şirkəti də açıqlama yaymahıb.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanla, 2021-ci ildə isə İndoneziyanın “Garuda Airlines” şirkəti ilə bağlanmış müqavilələr üzrə istintaq başladılmışdı. Bu çərçivədə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə Bombardier arasında 2013-cü ildə imzalanmış 350 milyon dollarlıq müqavilə də araşdırılmışdı. Müqavilə Bakı–Qazax–Böyük Kəsik dəmir yolu xətti üçün siqnal avadanlıqlarının alınmasını nəzərdə tuturdu.
İstintaq zamanı məlum olub ki, təxminən 100 milyon dollar vəsait yüksək vəzifəli məmurlara rüşvət kimi ödənilib. Rüşvətlərin ötürülməsi üçün offşor vasitəçi – Multiserv Overseas Ltd şirkətindən istifadə olunub. Bu şirkət Rusiyanın sabiq dəmiryolu rəhbəri Vladimir Yakunin tərəfindən təsis edilib və müxtəlif ölkələrdə Bombardier layihələrinə vasitəçilik edib.
Həmçinin oxuyun
Sənədlərdə göstərilir ki, 46 ədəd siqnal qurğusu Azərbaycana göndərilib, lakin ödənişlər heç bir ünvanı və fəaliyyəti olmayan London mənşəli şirkət vasitəsilə həyata keçirilib. Avadanlıqlar real qiymətindən 5,5 dəfə baha qiymətə satılıb.
İsveçdə bu işlə bağlı cinayət işi başlanıb və Bombardier-in vitse-prezidenti Tomas Bimer məhkəməyə verilib. 2021-ci ilin dekabrında Stokholm məhkəməsi onu bəraət qazandıraraq, korrupsiya sxemindən xəbərsiz olduğuna qərar verib.
Qeyd edək ki, bu iş üzrə Dünya Bankı tərəfindən başlanan araşdırma hələ də davam edir. Eyni zamanda Kanadanın hüquq-mühafizə orqanları Bombardier-in İndoneziya ilə imzaladığı təyyarə satışı müqaviləsi üzrə yoxlamaları davam etdirir.
Maraqlıdır ki, 2021-ci ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən ölkənin əsas antikorrupsiya qanunu – Xaricdə Korrupsiya ilə Mübarizə Aktının (FCPA) tətbiqinin dayandırılması barədə sərəncam imzalanmışdı. Hazırkı qərarın həmin sərəncamla əlaqəli olub-olmadığı isə rəsmi şəkildə təsdiqlənməyib.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.