Tramp: İranla danışıqlar mümkündür
19 Avqust 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
339
20.05.2025, 09:20
Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerika lideri Donald Tramp arasında iki telefon danışığı olub.
Oxu24.com xəbər verir ki, bu barədə Zelenski brifinq zamanı danışıb.
"Bu gün prezident Trampla müxtəlif formatlarda iki zəngim olub. İlk zəng oldu, biz Ukrayna üçün çox vacib olanı danışdıq. Bu atəşkəsdir, bunlar, prinsipcə, İstanbulda və ondan əvvəl daim müzakirə etdiyimiz qeyd-şərtsiz şeylərdir", - deyə o bildirib.
Onun sözlərinə görə, ikinci telefon danışığında əsas müzakirə mövzusu rəsmi Moskvanın müharibənin bitməsini dəstəkləmədiyi təqdirdə ABŞ-nin Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq etməsinə dair olub:
"Üçüncüsü, mən ondan Putinlə söhbətindən əvvəl xahiş etdim ki, bizsiz Ukrayna ilə bağlı qərarlar qəbul etməsin. Bizim üçün bunlar əsas və çox vacib şeylərdir. Yaxşı, biz razılaşdıq ki, Putinlə söhbətindən sonra əlaqə saxlayacağıq. Sadəcə, kifayət qədər uzun söhbətimiz oldu, məncə, bir saatdan çox".
İkinci zəng zamanı Zelenski və Trampın söhbətinə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corciya Meloni, Almaniya Kansleri Fridriks Mers və Finlandiya Prezidenti Aleksandr Stubb da qoşulub.
"Söhbət uzun və rəngarəng xarakter daşıyıb. Başa düşdüyüm kimi, prezident Tramp Ukrayna və Rusiya arasında birbaşa danışıqların ən vacib olduğuna inanır. Bu, onun mövqeyidir və nəticədə uzun müddət danışdıq. Əsas odur ki, o, Rusiya tərəfinin mümkün atəşkəs və öz baxışlarında növbəti addımlar kimi gördükləri müvafiq siqnalları verəcəyinə inanır".
Zelenski həmçinin Trampdan xahiş edib ki, əgər münaqişə tərəflərinin fikirləri üst-üstə düşmürsə və Rusiya yerinə yetirilməz şərtlər irəli sürürsə, ABŞ bunu Moskvanın müharibəni dayandırmaq istəməməsi kimi dəyərləndirməli və müvafiq tədbirlər görməlidir.
20:59 / 19 Avqust 2026
38
20:04 / 19 Avqust 2026
47
19:50 / 19 Avqust 2026
61
19:27 / 19 Avqust 2026
76
17:59 / 19 Avqust 2026
86
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
98
17:12 / 19 Avqust 2026
99
16:49 / 19 Avqust 2026
94
16:38 / 19 Avqust 2026
75
16:19 / 19 Avqust 2026
98
15:59 / 19 Avqust 2026
89
15:56 / 19 Avqust 2026
70
15:54 / 19 Avqust 2026
116
15:45 / 19 Avqust 2026
87
15:36 / 19 Avqust 2026
109
15:30 / 19 Avqust 2026
87
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
85
14:50 / 19 Avqust 2026
88
14:49 / 19 Avqust 2026
97
14:44 / 19 Avqust 2026
122
14:30 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.