Tramp: İranla danışıqlar mümkündür
19 Avqust 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
228
20.05.2025, 09:10
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna nümayəndələri arasında İstanbul görüşünün nəticələrini açıqlayıb. O, bu barədə "X" hesabında yazıb:
"Bu gün dünya sülhü üçün mühüm bir gün idi. Gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib.
Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfərin mübadiləsi barədə razılığa gəliblər. Onlar, həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik", - o, bildirib.
Oxu24.com xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov şərh edib:
"Əslində İstanbul görüşünün nəticəsi gözləniləndən daha pis oldu. Bunun əsas səbəbi Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşdə iştirak etməməsi idi. Bəlkə də, Türkiyə, Rusiya, Ukrayna və ABŞ liderləri arasında dördtərəfli görüş olsa idi, nəticə daha yaxşı olardı.
H.Fidanın açıqladığı nəticələr də qaneedicidir. Belə çıxır ki, Türkiyə vasitəçi və ev sahibi kimi uğurlu olmaqdadır.
Nəticələrə bir-bir baxaq: Birincisi, min nəfərin mübadiləsi qarşılıqlı etimad mühitinin yaradılmasının davamı baxımından müsbət qiymətləndirilməli haldır. Bu, göstərir ki, tərəflər arasında diplomatiya hələ də işləyir.
İkincisi, atəşkəs əldə etməyə imkan verəcək şərtlərin yazılı şəkildə mübadiləsi o deməkdir ki, atəşkəs tərəflərin gündəmindədir. Hərçənd hansı tərəfin nə qədər səmimi olduğu müzakirə məsələsidir Və şərtlərin təqdim olunması hələ o demək deyil ki, yaxın zamanda atəşkəs əldə olunacaq".
Ekspert qeyd edib ki, tərəflər yenidən görüşmək barədə razılığa gəliblər. Deməli, az və ya çox olmasından asılı olmayaraq atəşkəsin təmin olunması üçün müəyyən siyasi iradə var:
"Rəsmi Ankara səylərini davam etdirəcək. Bu, o deməkdir ki, Türkiyə tərəflər arasında atəşkəsin əldə olunmasında israrlıdır. Bu baxımdan gələcəkdə Türkiyədə yeni görüşlərin keçirilməsi də mümkündür.
Yəqin ki, rəsmi Ankaranın diplomatik səyləri bundan sonra da davam edəcək. Bu cəhdlərin müəyyən nəticələrlə yadda qalması gözləniləndir".
20:59 / 19 Avqust 2026
38
20:04 / 19 Avqust 2026
47
19:50 / 19 Avqust 2026
61
19:27 / 19 Avqust 2026
76
17:59 / 19 Avqust 2026
86
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
98
17:12 / 19 Avqust 2026
99
16:49 / 19 Avqust 2026
94
16:38 / 19 Avqust 2026
75
16:19 / 19 Avqust 2026
98
15:59 / 19 Avqust 2026
89
15:56 / 19 Avqust 2026
70
15:54 / 19 Avqust 2026
116
15:45 / 19 Avqust 2026
87
15:36 / 19 Avqust 2026
109
15:30 / 19 Avqust 2026
87
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
85
14:50 / 19 Avqust 2026
88
14:49 / 19 Avqust 2026
97
14:44 / 19 Avqust 2026
122
14:30 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.