Tramp: İranla danışıqlar mümkündür
19 Avqust 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
732
19.05.2025, 20:13
Rəşad Atakişiyevin övladları dərsə gedirlər, ingilis dilində təhsil alırlar, yaxşı da oxuyurlar. Dövlət təminatı yaxşıdır.
Oxu24.com xəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli kürəkəni, şəhid pilot Rəşad Atakişiyevin ailəsinə dövlətin qayğısından danışarkən deyib.
Onun sözlərinə görə, bu məsələdə dövlət, məxsusi olaraq, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva ailəyə lazımi dəstək və qayğını göstərir.
Q.Hüseynli onu da əlavə edib ki, şəhidin təyyarəsinin qalıqları tapılsa da, “qara qutu”nun oxunub, ictimaiyyətə məlumat verilməsi gerçəkləşmədi:
“Söz verdilər, amma “qara qutu”nu açmadılar. Amma oradan bir nəfər dedi ki, Rəşadgil gecə saatlarında döyüş şəraitinə yaxınlaşdırılmış təlim keçiblər. Onlardan da 100 kilometr uzaqda dənizdə ruslar təlim keçirmişlər. Ruslar həm də sovet dönəmindən qalma “Lazer” silahının ilk sınağını həyata keçirirlərmiş. Onlar Rəşadın təyyarəsini tanıyırlarmış, çünki Rəşad Bakıya hücum edən təyyarəni vurub salırmış. Ona görə də Rəşada atəş açıblar və onun ürəyindən vurublar. Təyyarə idarəetməni itirib”.
Müsahibin dediyinə görə, “qara qutu”nu oxuyanlardan biri bildirib ki, “qara qutu”dan yalnız Rəşadın zarımasını eşidib:
“Rəşad yaralı halda təyyarənin idarəedilməsini bərpa etmək istəyib, amma bunu bacarmayıb, çünki ürəyindən vurublarmış”.
Məlumat üçün bildirək ki, 2019-cu il iyulun 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə, təyyarənin “qara qutu”su tapılıb. Avqustun 20-də isə pilotun nəşi tapılıb. Ertəsi gün Rəşad Atakişiyevin nəşi II Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.
Rəşad Atakişiyev ailəli olub. Vətənə yadigar iki övladı qalıb.
Onu da qeyd edək ki, mərhum Rəşad Atakişyev keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin kürəkənidir.
21:40 / 19 Avqust 2026
1
21:17 / 19 Avqust 2026
9
20:59 / 19 Avqust 2026
43
20:04 / 19 Avqust 2026
50
19:50 / 19 Avqust 2026
62
19:27 / 19 Avqust 2026
77
17:59 / 19 Avqust 2026
87
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
99
17:12 / 19 Avqust 2026
102
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
90
15:56 / 19 Avqust 2026
70
15:54 / 19 Avqust 2026
118
15:45 / 19 Avqust 2026
88
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
89
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
89
14:49 / 19 Avqust 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.