Azərbaycanın eks prezidenti Əbülfəz Elçibəyin ölümündən əvvəl müəmmalı şəkildə işdən uzaqlaşması ilə bağlı sensasion video yayılıb.
Oxu24.com xəbər verir ki, vaxtı ilə bununla bağlı ANS telekanalında video yayımlanıbmış.Əbülfəz Elçibəylə son müsahibəni alan müxbirin sözlərinə görə, həmin dövrdə Əbülfəz Elçibəyin "yoxa çıxması" mətbuatın maraq dairəsi idi. Əbülfəz Elçibəyi axtaran ANS-in əməkdaşı o vaxtlar Əli Kərimlinin köməkçisi olan İsaq adlı şəxsin köməkliyi ilə eks prezidentin yerini öyrənə bilib.Müxbirin sözlərinə görə, Elçibəyin ünvanını ona verən şəxs bu məlumatın onlardan alındığını heç kimə deməməsini və gizli saxlamasını tapşırıb. "Elçibəy Bilgəhdə, 777 nömrəli bağdadır",deyib və sağollaşmadan dəstəyi asıb.
Digər maraqlı xəbər: Rayon maşınlarının Bakıya girişi qadağan edilirMüxbir çətinliklə də olsa,Ə.Elçibəyin olduğu bağı tapıb. Əvvəlcə mühafizəçilər çəkilişə mane olsalar da Əbülfəz Elçibəyin müdaxiləsindən sonra müxbir və operator evə buraxılıb. Əbülfəz Elçibəyin müxbirə dediyi sözlər onu düşünməyə vadar edib.
Elçibəy ANS -in müxbirinə "mənim yerimi sənə kim deyibsə, tək mənim yox, bu millətin düşmənidir" deməsi onu düşünməyə vadar edib.
İllərdir gizli qalan həmin videonu təqdim edirik. Bu eks prezident Əbülfəz Elçibəyin sonuncu müsahibəsdiir. Oxu24.com
ŞƏRHLƏR