Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
662
10.02.2025, 15:51
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 10 fevral 2025-ci ildə bu ölkənin “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair yanlış, əsassız və zərərli fikirlər səsləndirib”.
Oxu24.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bəyanatda vurğulanıb ki, Qərbi Azərbaycan İcması Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi istiqamətində aparılan siyasi prosesləri dəstəkləyir:
“Hesab edirik ki, iki dövlət arasında sülhün bərqərar olması və Qərbi azərbaycanlıların öz evlərinə qayıtması bir-birini tamamlayan məqsədlərdir. Sülh prosesinin 2020-ci il Vətən müharibəsindən sonra məhz Azərbaycan Respublikası hökumətinin təşəbbüsü ilə başlandığını qeyd edərək, Azərbaycan tərəfinin sülhpərvər səylərini təqdir edirik.
Eyni zamanda, İcmamız Ermənistan hökumətinin sülhə və insan hüquqların qarşı fəaliyyətindən ciddi şəkildə narahatdır. Ermənistanın apardığı irimiqyaslı silahlanma proqramı, dövlət səviyyəsində həyata keçirdiyi irqçilik siyasəti və bu çərçivədə Qərbi azərbaycanlıların qayıdış hüququnu danması regionda vəziyyəti gərginləşdirir.
Həmçinin oxuyun
Baş nazirin iddiasının əksinə olaraq, qeyd edilməlidir ki, Ermənistana qarşı heç bir hərbi təhdid yoxdur. Bunu, eləcə də Ermənistanın təcavüzkar keçmişini, hərbi gücdən məsuliyyətlə istifadə edə bilmədiyini, Azərbaycana qarşı törətdiyi hüquq pozuntularına görə məsuliyyətini etiraf etmədiyini və səmimi peşmançılığını ifadə etmədiyini, siyasi dairələrində və cəmiyyətində revanşist əhval-ruhiyyənin hökm sürdüyünü nəzərə alsaq, onun kütləvi şəkildə silahlanmasının Azərbaycana qarşı hücum niyyətindən xəbər verdiyini tam əminliklə söyləmək olar”.
Bildirilib ki, Baş nazir Paşinyanın məqaləsində Qərbi Azərbaycan məsələsini hərbi təhdid kimi təqdim etməsi tamamilə qəbuledilməzdir:
“Baş nazirin bu mövzuda söylədikləri, o cümlədən guya İcmanın əsas sənədlərində Ermənistan ərazisinin 60 faizinə iddia əks olunduğuna dair fikirləri əsassızdır. Azərbaycanlıların paytaxt İrəvan daxil olmaqla, Ermənistanın bütün bölgələrində yaşamış olduqlarını və vaxtilə orada etnik üstünlüyə malik olduqlarını xatırlatmaqla bərabər, bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan İcması Ermənistandan zorla çıxarılmış azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, Ermənistanın ərazi bütövlüyünə hörmət etməklə, sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtması uğrunda mübarizə aparır.
Qərbi Azərbaycan İcması olaraq biz, Ermənistan hökumətindən sülhə və insan hüquqlarına zidd addımlarına, o cümlədən hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymağı, silahlanma proqramını dayandırmağı, aldığı hücum xarakterli ağır və müasir silahları geri qaytarmağı və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağı tələb edirik”.
01:21 / 14 Dekabr 2025
539
00:52 / 14 Dekabr 2025
441
00:43 / 14 Dekabr 2025
121
00:04 / 14 Dekabr 2025
233
23:47 / 13 Dekabr 2025
956
23:44 / 13 Dekabr 2025
67
23:30 / 13 Dekabr 2025
75
22:45 / 13 Dekabr 2025
429
22:30 / 13 Dekabr 2025
122
22:28 / 13 Dekabr 2025
147
22:22 / 13 Dekabr 2025
160
22:11 / 13 Dekabr 2025
281
21:58 / 13 Dekabr 2025
434
21:34 / 13 Dekabr 2025
1181
21:21 / 13 Dekabr 2025
100
21:19 / 13 Dekabr 2025
130
21:15 / 13 Dekabr 2025
95
21:02 / 13 Dekabr 2025
85
20:49 / 13 Dekabr 2025
419
20:44 / 13 Dekabr 2025
113
20:36 / 13 Dekabr 2025
98
20:26 / 13 Dekabr 2025
92
20:01 / 13 Dekabr 2025
311
19:53 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.