Mirziyoyev İlham Əliyevə zəng etdi
26 Aprel 2025, 13:09
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
1201
07.02.2025, 17:29
Rusiyanın hakim “Yedinaya Rossiya” partiyasını təmsil edən deputatların Azərbaycana qarşı hücumları son günlər artıb. Xüsusilə Nikolay Valuyev, Yevgeni Popov birbaşa Kremldən təlimat alaraq Azərbaycana qarşı çirkin kampaniya aparırlar.
N.Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi kimi iddialarla çıxış edir.
Y.Popov isə deyir ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın iki şirkətinin fəaliyyətinə baxmaq lazımdır. İş o həddə çatıb ki, “Krokus” şirkətinin və “Sadovod” ticarət kompleksinin müsadirə edilməsi təklifini irəli sürür. Qeyd edim ki, “Sadovod” ticarət kompleksi Prezident Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsusdur.
Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında gərginliyin olduğu bəllidir. Kreml bu gərginliyi aradan qaldırmaqdansa propaqandçıları vasitəsilə məsələni daha da gərginləşdirir. Vəziyyət o yerə çatıb ki, mülki təyyarəmizin vurulmasında Azərbaycanı ittiham etməyə başlayıblar.
Prinsipcə Azərbaycanın Rusiya ilə heç bir problemi yoxdur. Tərəflər arasında gərginliyin hərbi toqquşmaya keçməsi də real deyil. Lakin rəsmi Bakı haqlı olaraq təyyarəmizin vurulması məsələsində tələblərini Moskvaya bildirir. Çünki Rusiya və Azərbaycan bərabərhüquqlu ölkələrdir. Yəni Azərbaycan heç kimdən asılı deyil.
Həmçinin oxuyun
Rəsmi Bakı hamı ilə əməkdaşlığa hazırdır. Rusiya bunu unutmamalıdır. Kremlin unutmamalı olduğu bir məqamda heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rəhbərliyinə, xalqına qarşı xoşagəlməz davranışın olmamasıdır. Amma Rusiya tərəfi 2020-ci il Vətən müharibəsi dövründə erməniləri silahlandırmağa davam edib, hətta “İsgəndər”, “Pantsir”, “Pole 3M” və digər sistemləri bu ölkəyə verib.
Geosiyasi vəziyyət dəyişib. Bir zamanlar Rusiyanın təzyiq rıçaqları çox idi. Amma Azərbaycan artıq o ölkə deyil ki, Sumqayıt hadisələrini təşkil etmək, Yanvar qırğını törətmək, Xocalı soyqırımı gerçəkləşdirmək mümkün olsun.
Rusiya ilə Azərbaycan arasında gərginlik artan templə davam edərsə, rəsmi Bakı bu ölkə ilə imzalanan Moskva Bəyannaməsinə (2022) yenidən baxmalı ola bilər. Çünki Kremlin sərgilədiyi mövqe heç bir halda müttəfiqlik ruhuna sığmır. Ən əsası, Rusiya Moskva Bəyannaməsinin müvafiq bəndlərini kobud şəkildə pozur.
Müəllif: Politoloq Turan Rzayev
13:37 / 26 Aprel 2025
Aİ-92 benzinlə bağlı yeni rəqəmlər açıqlandı
277
13:16 / 26 Aprel 2025
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
28
13:09 / 26 Aprel 2025
Mirziyoyev İlham Əliyevə zəng etdi
18
12:46 / 26 Aprel 2025
Şərurdakı qətlə görə daha bir qadın tutuldu
30
12:14 / 26 Aprel 2025
Leysan olacaq,dolu düşəcək — DİQQƏT!
130
11:51 / 26 Aprel 2025
Bu virusa yoluxanları Dövlət pulsuz müalicə edir — Həkimlə İİV virusu mövzusunda MÜSAHİBƏ
4236
11:42 / 26 Aprel 2025
Bəzi çaylarda sululuq artıb
46
11:27 / 26 Aprel 2025
Beynəlxalq Ədalət Məhkəməsi hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərlə bağlı Ermənistanın əsassız iddialarını rədd edib
44
11:16 / 26 Aprel 2025
Şəhidin anası da vəfat etdi - Foto
93
10:56 / 26 Aprel 2025
Bulvarda qəfil dünyasını dəyişən şəxs görün kimdir — FOTOLAR
597
10:27 / 26 Aprel 2025
Azərbaycanda 75 nəfər tutuldu
1057
10:12 / 26 Aprel 2025
Ən çox qonorar alan müğənni odur
72
09:59 / 26 Aprel 2025
Heç cür idmana başlaya bilməyənlər üçün üsullar
58
09:57 / 26 Aprel 2025
Ağdaşda qəza olub: Həyatını itirən var
67
09:48 / 26 Aprel 2025
Qayınana-gəlin probleminə çarə tapıldı
70
09:36 / 26 Aprel 2025
Oturduğunuz yerdə arıqlayacaqsınız - 1 həftəyə 5 kilo
60
09:24 / 26 Aprel 2025
Cərrah kişinin bədənində tibb aləti unudub
56
09:13 / 26 Aprel 2025
Əsrin ən böyük faciəsindən 39 il keçir
76
09:12 / 26 Aprel 2025
“Krım Rusiyaya məxsusdur” - Tramp
74
09:00 / 26 Aprel 2025
Azərbaycanda kredit faizləri AZALA BİLƏR - SEVİNDİRİCİ XƏBƏR
76
08:57 / 26 Aprel 2025
Şagirdlər qəzaya düşdülər
387
01:16 / 26 Aprel 2025
Qadın xəyanətə görə boksçu həyat yoldaşını öldürdü - TƏFƏRRÜAT
197
23:34 / 25 Aprel 2025
Ərdoğan Azərbaycana gələcək
279
22:04 / 25 Aprel 2025
Daha iki cüdoçumuz AÇ-də bürünc medal qazandı
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.