Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
808
04.02.2025, 14:21
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Oxu24.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına liseydə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, “Vətən” İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyan 600 şagird yerlik Liseydə dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılan yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb.
Liseyin əsaslı təmir olunmuş tədris korpusunda 22 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.
Bu korpusda kimya, fizika, biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, 240 yerlik akt zalı, inzibati və yardımçı otaqlar yerləşir. Liseydə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.
Təhsil ocağının idman korpusunda isə universal zal (basketbol, voleybol, gimnastika, qılıncoynatma və s.) və güləş zalı əsaslı təmir olunub. Bundan əlavə, trenajor, cüdo zalı, fizioterapiya otağı, reabilitasiya idman zalı, buxar və yardımçı otaqlar yenidən qurulub.
Layihə çərçivəsində 100 nəfərlik yataqxana korpusu da əsaslı təmir olunub. Buradakı yeməkxana 220 nəfər üçün nəzərdə tutulub. Korpusdakı mətbəx, camaşırxana və digər yardımçı otaqlar da ən müasir avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, yenilənən təhsil müəssisəsində tədris V-XI siniflər üzrə aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur.
Burada bölgələrdən gələn və peşəkar idmanla məşğul olan şagirdlərin yataqxana ilə təmin edilməsi də nəzərdə tutulur. Liseydə həmin idmançıların günlük yemək normalarına uyğun qidalanması da təmin ediləcək.
Həmçinin oxuyun
Təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb.
Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib.
“Vətən” İdman Liseyində görülən işlər və yaradılan şərait də bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Paytaxtda və bölgələrdə yeni məktəblərin inşası, əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.
Liseydə yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və idmanın inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil və idman sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.






01:21 / 14 Dekabr 2025
823
00:52 / 14 Dekabr 2025
588
00:43 / 14 Dekabr 2025
131
00:04 / 14 Dekabr 2025
448
23:47 / 13 Dekabr 2025
1143
23:44 / 13 Dekabr 2025
77
23:30 / 13 Dekabr 2025
86
22:45 / 13 Dekabr 2025
500
22:30 / 13 Dekabr 2025
137
22:28 / 13 Dekabr 2025
162
22:22 / 13 Dekabr 2025
190
22:11 / 13 Dekabr 2025
300
21:58 / 13 Dekabr 2025
450
21:34 / 13 Dekabr 2025
1241
21:21 / 13 Dekabr 2025
106
21:19 / 13 Dekabr 2025
140
21:15 / 13 Dekabr 2025
100
21:02 / 13 Dekabr 2025
93
20:49 / 13 Dekabr 2025
436
20:44 / 13 Dekabr 2025
117
20:36 / 13 Dekabr 2025
104
20:26 / 13 Dekabr 2025
96
20:01 / 13 Dekabr 2025
321
19:53 / 13 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.