Prezident onları belə təbrik etdi -FOTO
26 Avqust 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
695
03.02.2025, 16:39
Xəbər verdiyimiz kimi, bu gün dövlət başçısının Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilib.
Oxu24.com un məlumatına görə, sözügedən universitetin rektoru Mustafa Babanlının 2023-cü ilin iyulunda vəzifəsindən azad edilməsi ilə həmin post iki ilə yaxındır, boş qalmışdı. Bundan sonra ADNSU-ya Rüfət Eyvaz oğlu Əzizov rəhbərlik edəcək.
Kimya elmləri üzrə fəlsəfə doktoru olan Rüfət Əzizov 2023-cü ildən Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini tuturdu.
Qeyd edək ki, 45 yaşlı Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq qəbul olub. Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsi alıb.
2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirib.
“Cornell” Universiteti Ali İdarəetmə, “George Washington” Universiteti Layihələrin İdarə olunması və “Oxford” Universiteti Süni İntellekt Proqramlarını bitirib.
7 yanvar 2021-ci ildə elm və təhsil naziri Emin Əmrullayevin Əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
11:27 / 26 Avqust 2026
1
11:25 / 26 Avqust 2026
12
11:20 / 26 Avqust 2026
18
11:18 / 26 Avqust 2026
55
11:09 / 26 Avqust 2026
28
11:05 / 26 Avqust 2026
94
10:51 / 26 Avqust 2026
52
10:49 / 26 Avqust 2026
46
10:34 / 26 Avqust 2026
51
10:15 / 26 Avqust 2026
57
10:07 / 26 Avqust 2026
54
09:47 / 26 Avqust 2026
65
09:36 / 26 Avqust 2026
63
09:28 / 26 Avqust 2026
69
09:14 / 26 Avqust 2026
91
09:02 / 26 Avqust 2026
60
09:00 / 26 Avqust 2026
63
08:56 / 26 Avqust 2026
72
23:47 / 25 Avqust 2026
295
23:01 / 25 Avqust 2026
329
22:30 / 25 Avqust 2026
383
22:26 / 25 Avqust 2026
133
21:47 / 25 Avqust 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.