Azərbaycan Polşaya nota verdi: Səfir XİN-ə çağırıldı
28 Avqust 2026, 22:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
466
16.12.2024, 16:06
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib.
Oxu24.com un məlumatına görə, Roma Papasının sonuncu dəfə 2016-cı ildə Azərbaycana səfər etdiyini deyən dövlət başçısı həmin vaxt və özünün 2020-ci ildə Vatikana səfəri çərçivəsində Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayıb, Roma Papasını ölkəmizə səfərə dəvət edib.
Səfərinin əsas məqsədinin Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdis edilməsi olduğunu deyən qonaq bu kilsənin inşası üçün ərazinin ayrılmasına və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib, bunun tərəfdaşlığın nümunəsi olduğunu və ölkəmizdəki katolik icması tərəfindən çox böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Dövlət başçısı yeni kilsənin inşasına başlanmasından məmnunluğunu ifadə edərək, Arxiyepiskop Paul Riçard Qallagerin ölkəmizə səfərinin və kilsənin tikiləcəyi ərazini təqdis etməsinin Müqəddəs Taxt-Tacın Azərbaycanın katolik icması ilə əlaqələrə verdiyi önəmi nümayiş etdirdiyini deyib. Prezident İlham Əliyev yeni tikiləcək kilsənin əlaqələrimizin yaxşı rəmzi olacağını vurğulayıb.
23:54 / 28 Avqust 2026
116
23:28 / 28 Avqust 2026
101
23:11 / 28 Avqust 2026
86
22:56 / 28 Avqust 2026
110
22:32 / 28 Avqust 2026
116
22:12 / 28 Avqust 2026
101
21:45 / 28 Avqust 2026
77
21:09 / 28 Avqust 2026
118
20:50 / 28 Avqust 2026
132
20:40 / 28 Avqust 2026
153
20:07 / 28 Avqust 2026
106
19:53 / 28 Avqust 2026
124
19:29 / 28 Avqust 2026
96
19:26 / 28 Avqust 2026
400
19:16 / 28 Avqust 2026
566
19:09 / 28 Avqust 2026
96
18:47 / 28 Avqust 2026
103
18:30 / 28 Avqust 2026
105
18:21 / 28 Avqust 2026
770
18:10 / 28 Avqust 2026
85
18:00 / 28 Avqust 2026
88
17:59 / 28 Avqust 2026
117
17:40 / 28 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.