Zelenski Azərbaycan əsilli prokuroru təltif edib
05 Sentyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
270
15.10.2024, 12:34
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb.
MN-dən bildirilib ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir.
Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
“Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.
Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir.
Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcəkdir.
Həmçinin oxuyun
19:45 / 05 Sentyabr 2026
1
19:34 / 05 Sentyabr 2026
26
19:23 / 05 Sentyabr 2026
37
19:12 / 05 Sentyabr 2026
57
19:00 / 05 Sentyabr 2026
124
18:53 / 05 Sentyabr 2026
42
18:46 / 05 Sentyabr 2026
166
18:43 / 05 Sentyabr 2026
40
18:31 / 05 Sentyabr 2026
130
18:16 / 05 Sentyabr 2026
55
18:16 / 05 Sentyabr 2026
59
18:10 / 05 Sentyabr 2026
68
18:08 / 05 Sentyabr 2026
68
18:00 / 05 Sentyabr 2026
61
17:37 / 05 Sentyabr 2026
62
17:35 / 05 Sentyabr 2026
65
17:15 / 05 Sentyabr 2026
69
16:45 / 05 Sentyabr 2026
64
16:27 / 05 Sentyabr 2026
74
16:08 / 05 Sentyabr 2026
696
16:05 / 05 Sentyabr 2026
76
16:00 / 05 Sentyabr 2026
65
15:53 / 05 Sentyabr 2026
1178
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.