Zelenski Azərbaycan əsilli prokuroru təltif edib
05 Sentyabr 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
205
15.10.2024, 11:07
Prezident İlham Əliyev Bakı Xəzər İnşaat Həftəsi çərşivəsində keçirilən "Rebuild Karabakh" sərgisinin iştirakçılarına və qonaqlarına salamlama məktubu ünvanlayıb.
Oxu24.com xəbər verir ki, məktubda qeyd olunub ki, ilk dəfə 2003-cü ildə təşkil olunmuş Xəzər İnşaat Həftəsi tikinti və infrastruktur sahəsində nüfuzlu tədbirlərdən birinə çevrilib: "Burada dünyanın müxtəlif ölkələrinə məxsus şirkətlər regionun biznes imkanları ilə tanış olur və yeni əməkdaşlıq fürsəti qazanırlar. Bu il dayanıqlı və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi ilə bağlı keçirilən müzakirələr və təqdimatlar tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır.
"Rebuild Karabakh" sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr nümayiş etdirilir, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslər müzakirə olunur.
Builki sərgi məzmun və iştirakçılar baxımından yeniliklərlə zəngindir. Sərgi "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edir. "Rebuild Karabakh" sərgisi bu mötəbər tədbirlə ortaq məqsədə, yəni dayanıqlı inkişaf naminə əməkdaşlığa yönəlib. Sərgidə təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tutur.
Sərgidə dövlət və özəl sektorun birgə iştirakı yeni layihələrin həyata keçirilməsi, eləcə də biznes imkanlarının daha da artması üçün mühüm perspektivlər açır. Sərgi zamanı qurulan əməkdaşlıq və aparılan müzakirələr Qarabağda bərpa ilə bağlı uğurlu təcrübənin daha geniş miqyasda tanıdılmasında əhəmiyyətli addım olacaq.
Sizi sərginin bütün istiqamətləri ilə yaxından tanış olmağa, yeni ideyalar və əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmağa dəvət edirəm. Əminəm ki, bu sərgi daha faydalı iş birliyi əsasında Qarabağın dirçəlişində və dayanıqlı inkişafında mühüm fürsətlər yaradacaq.
Hər birinizə bu sərgidə uğurlar arzulayıram!"
Həmçinin oxuyun
20:20 / 05 Sentyabr 2026
23
19:55 / 05 Sentyabr 2026
39
19:45 / 05 Sentyabr 2026
46
19:34 / 05 Sentyabr 2026
52
19:23 / 05 Sentyabr 2026
57
19:12 / 05 Sentyabr 2026
75
19:00 / 05 Sentyabr 2026
158
18:53 / 05 Sentyabr 2026
63
18:46 / 05 Sentyabr 2026
211
18:43 / 05 Sentyabr 2026
59
18:31 / 05 Sentyabr 2026
151
18:16 / 05 Sentyabr 2026
65
18:16 / 05 Sentyabr 2026
70
18:10 / 05 Sentyabr 2026
76
18:08 / 05 Sentyabr 2026
74
18:00 / 05 Sentyabr 2026
71
17:37 / 05 Sentyabr 2026
71
17:35 / 05 Sentyabr 2026
72
17:15 / 05 Sentyabr 2026
75
16:45 / 05 Sentyabr 2026
68
16:27 / 05 Sentyabr 2026
79
16:08 / 05 Sentyabr 2026
792
16:05 / 05 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.