Qaynar xətt:

(+99450) 247 90 86

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

SİYASƏT

233

14.10.2024, 16:33

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.

Oxu24.com  xəbər verir ki, bu barədə məlumatı İranın “Mehr” agentliyi yayıb. 

İran prezidenti İslam ölkələri arasında münasibətlərin gələcək inkişafına töhfə verəcək bütün layihələri alqışladıqlarını vurğulayıb. 

Bununla yanaşı, o, Tehran və Bakı arasında razılaşmaların icrasının sürətləndirilməsinə çağırış edib. 

Bildirilib ki, Şahin Mustafayev öz növbəsində Azərbaycanın İranla əlaqələrini genişləndirməyə hazır olduğunu qeyd edib.