Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119545
az

COP29-dan əldə olunan təcrübə qlobal əhəmiyyətli tədbirlərin Bakıda keçiriləcəyində açar rolunu oynayacaq - RƏY

13:0207 Oktyabr, 2024
89
SİYASƏT
  • A

Hazırkı beynəlxalq münasibətlər sistemi postsoyuq müharibə dönəminin yaratdığı çağırışları düzgün şəkildə tənzimləyə bilməməsi və bəzi güclərin beynəlxalq hüququn ali prinsiplərinə laqeyd yanaşması səbəbindən ciddi bir böhranla üz-üzədir.

Bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov bildirib.

Onun sözlərinə görə, bu gün dünyanın bir çox yerlərində münaqişələr və müharibələrin tüğyan etməsi fərqli dövlətlər, mədəniyyətlər və xalqlar arasında ciddi bir vəhdət probleminin olduğunun əlamətidir:

"Halbuki, nüvə təhlükəsi, maliyyə böhranları, pandemiya və iqlim dəyişikliyi kimi qlobal təhdidlər, əslində dünyanın bir çətir altında birləşməsini zəruri edir".

Politoloq Azərbaycanın COP29 konfransı çərçivəsində ictimaiyyətin diqqətini ətraf mühitə olan təhdidlər və onlarla müharibə yollarına yönəltməklə bərabər, şimal, cənub, şərq və qərbi bir araya gətirərək onlar arasında dialoq və əməkdaşlıq mühitinin yaranmasına töhfə verəcəyini deyib:

“Diskriminativ siyasət, neo-kolonial maraqlar və istismar, bu gün qlobal şimal və cənub arasında bir çox məsələlərdə fikir ayrılığı və get-gedə dərinləşən uçurumun yaranmasına səbəb olur. Əfsuslar olsun ki, dünyanın fərqli nöqtələrində baş tutan müharibələr bəşəriyyətin diqqətini daha təhlükəli və daha faciəvi nəticələrə səbəb ola biləcək qlobal iqlim dəyişikliyi məsələsindən yayındırır.

Qlobal iqlim dəyişikliyi məsələsində belə müstəmləkəçilik elementlərinin və diskriminativ siyasətinin təzahürü sezilməkdədir. Qlobal cənubun həssas icmalarında iqlim dəyişikliyindən daha çox əziyyət çəkilməsinə baxmayaraq şimal yarımkürəsində bu problemə hələ də lazımı səviyyədə diqqət göstərməyən güclər var.

Dünyanın ən mötəbər və əhəmiyyətli tədbirlərindən birinə ev sahibliyi edəcək Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini ətraf mühitə olan təhdidlər və onlarla müharibə yollarına yönəltməklə bərabər, şimal, cənub, şərq və qərbi bir araya gətirərək onlar arasında dialoq və əməkdaşlıq mühitinin yaranmasına töhfə verəcək”.

S. Zahidovun sözlərinə görə, Azərbaycanın fərqli mədəniyyətlər arasında dialoqu təşviq edən “Bakı Prosesi” təşəbbüsü, Qoşulmama Hərəkatında uğurlu sədrlik təcrübəsi və digər beynəlxalq təşkilatlarda fəal təmsil olunmasını nəzərə alaraq, Azərbaycanın qlobal Cənub və qlobal Şimal arasında həmrəylik və konsensusa vəsilə olacaq körpü rolunu oynamağa qadirdir.

“COP29 fikir ayrılıqlarının bir kənara qoyulması və qlobal sülhə, iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsətdir. Məhz bu səbəbdən münaqişələr və getdikcə kəskinləşən iqlim böhranı kimi məsələlər arasında əlaqəni nəzərə alan Azərbaycan COP29 naminə Birgə Atəşkəs Çağırışı təşəbbüsünü elan edib. Azərbaycan COP29-da həm də qlobal Şimal və Cənubu bir araya gətirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq kimi ümumbəşəri hədəflərə nail olmaq üçün səylər göstərir”, - politoloq bildirib.

Mütəxəssis konfrans çərçivəsində Azərbaycanın Latın Amerikası, Karib hövzəsi, Afrika ölkələri ilə əlaqələrin daha da genişlənməsinin mümkün olduğunu vurğulayıb:

“Azərbaycan regional və hətta qlobal miqyasda meydana çıxan təhdidlərin müzakirəsində və həllində aparıcı güclərdən birinə çevrilib. Sözsüz ki, bütün bu proseslər ölkə diplomatiyası üzərinə əlavə və daha geniş öhdəliklər qoyduğu kimi diplomatiyamızın həm ikitərəfli, həm də çoxtərəfli təmaslardan daha çox təcrübə əldə edəcəyi gözləntisini yaradır. COP29 Azərbaycan üçün yaxın tərəfdaşlarla olan əlaqələrini daha da dərinləşdirmək imkanı yaratmaqla yanaşı, regionumuza nisbətən uzaq ölkələrlə belə müxtəlif sahələrdə yeni əməkdaşlıq razılaşmaları ətrafında müzakirələr aparmaq potensialını üzə çıxarır. Bu baxımdan düşünürəm ki, COP29 ərəfəsində Latın Amerikası, Karib hövzəsi, Afrika ölkələri ilə bu günə kimi müsbət məcrada inkişaf edən əlaqələrimizin daha da genişlənməsi mümkündür”.

S. Zahidov Azərbaycanın “Bakı prosesi”, “Qlobal Bakı Forumu”na, o cümlədən “Qoşulmama hərəkatı”, “İslam Əməkdaşlıq Təşkilatı”, “Türk Dövlətləri Təşkilatı”, “İqtisadi Əməkdaşlıq Təşkilatı” və digər qurumların tədbirlərinə ev sahibliyi etməsinin ölkəni qlobal müzakirələrin aparıldığı meydana çevirdiyini söyləyib:

“Dünyanın BMT-dən sonra ən böyük platforması hesab olunan Qoşulmama Hərəkatına çətin Pandemiya dönəmində uğurlu rəhbərliyi üzv ölkələrin Azərbaycana olan etimadının daha da artması və quruma sədrlik müddətinin bir il də uzadılması ölkəmizin qlobal müzakirələrdən eləcə də proseslərdən heç də kənarda qalmadığının bariz nümunəsidir”.

Politoloq COP29-dan əldə olunan təcrübələrin gələcəkdə müxtəlif qlobal əhəmiyyətli siyasi iqtisadi və humanitar tədbirlərin, konfransların Bakıda keçiriləcəyinə açar rolu oynadığını bildirib:

“COP29 tədbirinin Azərbaycanın beynəlxalq nüfuz və etimadını daha da artıracağından ölkəmizin gələcəkdə qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyini, hətta maraq konfrontasiyasi olan qlobal güclər arasında danışıqlar məkanın çevriləcəyini proqnozlaşdıra bilərik. Növbəti dünya müharibəsinin astanasında olan beynəlxalq münasibətlər sistemi aktorlarının iqlim dəyişikliyi kimi qlobal təhdidlərlə bir vəhdət şəklində mübarizə apara bilməsi üçün ayırıcı xətlərə və geosiyasi maraqlar konfrontasiyasına son qoyulmalıdır. Bunun baş verməsi üçün isə dialoq və müzakirələr əsas şərtdir. Düşünürəm ki, rəsmi Bakı bu cür müzakirələrin baş tutmasında, o cümlədən qlobal problemlərin həllində bir ev sahibi kimi əhəmiyyətli açar rolunu oynaya bilər”.

Belə ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi üçün seçilməsi ölkənin Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzvlüyündən sonra xarici siyasətin ən böyük uğurudur və sözügedən konfrans Azərbaycanın qlobal Cənub və Şimal arasında həmrəylik və konsensusa körpü rolunu oynayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gizli sənədlər sızdırıldı: böyük savaşa hazırlıq gedir - 800 minlik ordu bura gətiriləcək
Trampın məhkəməsində sürpriz qərar: hökm elan edildi
Bayramov Berbokla görüşdü- Fotolar

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi