Azərbaycan və İran arasında tranzit əməkdaşlığının inkişaf etdirilməsi araşdırılıb
06 Sentyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
311
07.10.2024, 12:59
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) enerji keçidi məsələsində yeni hədəflər formalaşdırmalı və inkişaf etməkdə olan ölkələrdə “yaşıl keçid”in sürətləndirilməsinə diqqəti artırmalıdır.
Bu barədə “Report”a açıqlamasında davamlı maliyyələşdirmə sahəsində tanınmış mütəxəssis, “D.A.Carlin and Company”nin təsisçisi Devid Karlin bildirib.
Onun sözlərinə görə, bərpa olunan enerji mənbələri bəşəriyyəti “yaşıl keçid” və ənənəvi olaraq qalıq yanacaqlardan istifadə edən sahələrin elektrikləşdirilməsi ilə təmin edəcək. Eyni zamanda D.Karlin qeyd edib ki, günəş və külək enerjisi ən əlçatan və eyni zamanda perspektivli enerji istiqamətləridir.
D.Karlin Azərbaycanla dayanıqlı inkişaf sahəsində əməkdaşlığa hazır olduğunu bildirib:
"Dünyanın hər yerində hökumətlərlə əməkdaşlıq edirik. Azərbaycanla da dayanıqlı inkişaf sahəsində əməkdaşlıq etmək istərdik".
Bundan əlavə o, bu ilin noyabrında Bakıda keçiriləcək COP29-dan gözləntiləri barədə danışıb. D.Karlin iqlim maliyyəsi üzrə “Yeni Kollektiv Kəmiyyət Hədəfi” (NCQG) məsələlərində irəliləyiş gözlədiyini vurğulayıb:
"Mən konfransın yekun sənədində qalıq yanacaqlardan keçid planları ilə bağlı daha aydın ifadələr, karbon bazarlarının etibarlılığı və davamlılığından əmin olmaq üçün dəqiqləşdirmələr görmək istərdim. Həmçinin inkişaf etməkdə olan ölkələrdə “yaşıl keçid”in sürətləndirilməsinə diqqəti artırmaq lazımdır".
Ekspert qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə beynəlxalq ictimaiyyətin əməkdaşlığını tələb edir:
"İqlim dəyişikliyi qlobal əməkdaşlıq tələb edən çağırışdır. Dünyada hər bir ölkənin nəzərə alınmalı olan özünəməxsus iqlim dəyişikliyi şəraiti var".
18:40 / 06 Sentyabr 2026
1
18:15 / 06 Sentyabr 2026
24
15:39 / 06 Sentyabr 2026
1083
14:35 / 06 Sentyabr 2026
82
14:16 / 06 Sentyabr 2026
85
14:14 / 06 Sentyabr 2026
77
14:00 / 06 Sentyabr 2026
81
13:25 / 06 Sentyabr 2026
79
12:50 / 06 Sentyabr 2026
94
12:45 / 06 Sentyabr 2026
82
12:42 / 06 Sentyabr 2026
939
12:14 / 06 Sentyabr 2026
101
12:10 / 06 Sentyabr 2026
86
12:05 / 06 Sentyabr 2026
99
12:00 / 06 Sentyabr 2026
87
12:00 / 06 Sentyabr 2026
93
11:49 / 06 Sentyabr 2026
94
11:33 / 06 Sentyabr 2026
591
11:29 / 06 Sentyabr 2026
94
10:55 / 06 Sentyabr 2026
300
10:49 / 06 Sentyabr 2026
92
10:42 / 06 Sentyabr 2026
79
10:39 / 06 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.