Zahid Orucun YAZISI: Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti
07 Sentyabr 2026, 09:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
278
01.10.2024, 15:28
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Xorvatiya Respublikasının Baş prokuroru İvan Turudiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Baş prokuror Kamran Əliyev iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq və güclü əməkdaşlıq münasibətlərinin siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayaraq, ölkəmizdə həyata keçirilən cinayətkarlığa qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclasın təşkil olunacağını bildirərək, qonaqlara dəvət məktubunu təqdim edib.
Xorvatiyanın prokurorluq orqanları ilə möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsinin, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
Xorvatiyanın Baş prokuroru 1 Oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbriklərini çatdırıb, dostluq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.
Tərəflər ölkələrimizin prokurorluqları arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

10:06 / 07 Sentyabr 2026
6
10:05 / 07 Sentyabr 2026
7
09:58 / 07 Sentyabr 2026
22
09:56 / 07 Sentyabr 2026
21
09:50 / 07 Sentyabr 2026
28
09:45 / 07 Sentyabr 2026
35
09:40 / 07 Sentyabr 2026
75
09:37 / 07 Sentyabr 2026
37
09:25 / 07 Sentyabr 2026
37
09:15 / 07 Sentyabr 2026
39
09:11 / 07 Sentyabr 2026
41
00:42 / 07 Sentyabr 2026
60
23:52 / 06 Sentyabr 2026
252
23:31 / 06 Sentyabr 2026
81
23:02 / 06 Sentyabr 2026
134
22:35 / 06 Sentyabr 2026
91
22:00 / 06 Sentyabr 2026
106
21:24 / 06 Sentyabr 2026
98
21:14 / 06 Sentyabr 2026
79
21:10 / 06 Sentyabr 2026
82
21:00 / 06 Sentyabr 2026
120
20:32 / 06 Sentyabr 2026
76
20:25 / 06 Sentyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.