Zahid Orucun YAZISI: Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti
07 Sentyabr 2026, 09:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
302
01.10.2024, 14:14
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Albaniya Respublikasının Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Albaniya Respublikası ilə ölkəmiz arasında daima dostluq münasibətlərinin olduğunu bildirən Baş prokuror Kamran Əliyev, iki ölkə arasında bir çox sahələr üzrə güclü əlaqələrin olduğunu, bu münasibətlərin bu ilin mart ayında ölkəmizdə rəsmi səfərdə olmuş Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında keçirilmiş görüş zamanı daha da möhkəmləndiyini vurğulayıb.
Kamran Əliyev prokurorluq orqanlarında həyata keçirilən islahatlar, Elektron Prokuror İnformasiya Sisteminin (EPİS) hazırlanması və tətbiqi barədə qonaqlara ətraflı məlumat verərək Azərbaycan Prokurorluq orqanlarının beynəlxalq və regional təşkilatlar, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığından danışıb.
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsinin tarixi önəmi barədə məlumat verən Kamran Əliyev belə beynəlxalq tədbirlərin ölkələrarası münasibətlərin inkişafına böyük töhfə verəcəyinə inandığını qeyd edib.
Albaniya Respublikasının Baş prokuroru səmimi qəbula və dəvətə görə təşəkkür edərək ölkəmizdə səfərdə olmasından məmnunluğunu ifadə edib, həmçinin, 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edərək, ölkələrimizin prokurorluq orqanları ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Daha sonra iki ölkənin prokurorluq orqanları arasında transmilli cinayətlərə qarşı mübarizədə, o cümlədən aktivlərin bərpa edilməsi məsələlərində birgə səylərin səmərəliliyini artırmaq, habelə insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək məqsədilə mövcud əməkdaşlığı gücləndirmək niyyətilə Memorandum imzalanıb.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

10:06 / 07 Sentyabr 2026
6
10:05 / 07 Sentyabr 2026
7
09:58 / 07 Sentyabr 2026
22
09:56 / 07 Sentyabr 2026
21
09:50 / 07 Sentyabr 2026
28
09:45 / 07 Sentyabr 2026
35
09:40 / 07 Sentyabr 2026
75
09:37 / 07 Sentyabr 2026
37
09:25 / 07 Sentyabr 2026
37
09:15 / 07 Sentyabr 2026
39
09:11 / 07 Sentyabr 2026
41
00:42 / 07 Sentyabr 2026
60
23:52 / 06 Sentyabr 2026
252
23:31 / 06 Sentyabr 2026
81
23:02 / 06 Sentyabr 2026
134
22:35 / 06 Sentyabr 2026
91
22:00 / 06 Sentyabr 2026
106
21:24 / 06 Sentyabr 2026
98
21:14 / 06 Sentyabr 2026
79
21:10 / 06 Sentyabr 2026
82
21:00 / 06 Sentyabr 2026
120
20:32 / 06 Sentyabr 2026
76
20:25 / 06 Sentyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.