Prezidentdən yeni təyinat
07 Sentyabr 2026, 13:57
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
221
30.09.2024, 14:00
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Oxu24.com xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Prokurorluq Xidmətinin rəhbəri cənab Stifen Parkinsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Birləşmiş Krallığın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən Kamran Əliyev ölkələrarası tarixi ticarət və mədəni əlaqələrin mövcudluğuna nəzər salıb.
Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.
Kral Prokurorluq Xidmətinin rəhbəri səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.


14:03 / 07 Sentyabr 2026
1
13:57 / 07 Sentyabr 2026
92
13:57 / 07 Sentyabr 2026
25
13:39 / 07 Sentyabr 2026
42
13:21 / 07 Sentyabr 2026
51
13:15 / 07 Sentyabr 2026
58
13:11 / 07 Sentyabr 2026
60
13:06 / 07 Sentyabr 2026
53
12:53 / 07 Sentyabr 2026
55
12:42 / 07 Sentyabr 2026
60
12:39 / 07 Sentyabr 2026
64
12:28 / 07 Sentyabr 2026
66
12:25 / 07 Sentyabr 2026
53
12:23 / 07 Sentyabr 2026
69
12:19 / 07 Sentyabr 2026
453
12:11 / 07 Sentyabr 2026
86
12:09 / 07 Sentyabr 2026
90
12:05 / 07 Sentyabr 2026
62
12:03 / 07 Sentyabr 2026
69
11:55 / 07 Sentyabr 2026
63
11:50 / 07 Sentyabr 2026
54
11:50 / 07 Sentyabr 2026
59
11:40 / 07 Sentyabr 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.