Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək
22 Noyabr 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
261
28.09.2024, 16:27
Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov, Abbas Əraqçi və Hakan Fidan İsrailin Suriyaya özbaşına hava hücumlarını pisləyib və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndiriblər.
OXU24.COM xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətində BMT Baş Assambleyasının Nyu-Yorkda Astana formatında keçirilən 79-cu sessiyası çərçivəsində nazirlərin görüşünün yekunlarına əsasən bildirilib.
“Nazirlər Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin və Livandakı vəziyyətin Suriya Ərəb Respublikasındakı vəziyyətə sabitliyi pozan təsirini qeyd ediblər və İsrailin Suriya ərazisində həyata keçirdiyi özbaşına hava hücumlarını pisləyiblər ki, bu da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”, - diplomatik nümayəndəlikdən bildiriblər.
Qeyd olunur ki, tərəflər münaqişədən sonra yenidənqurma və suriyalı qaçqınların vətənlərinə qayıtması naminə Suriyaya xarici dəstəyin artırılmasının vacibliyini vurğulayıblar. Dəməşqə qarşı birtərəfli sanksiyaların mənfi rolu da qeyd olunur.
“Astana prosesinin qarant ölkələrinin Suriya Ərəb Respublikasının suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət əsasında hərtərəfli nizamlanmasına kömək etmək üçün birgə səyləri davam etdirmək öhdəliyi təsdiqləndi. Xarici əlaqələr idarələrinin rəhbərləri Suriya Ərəb Respublikasında və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, bu ölkədə uzunmüddətli nizamlanma problemlərini vurğulayıblar”, - Rusiya XİN-in bəyanatında deyilir.
00:24 / 23 Noyabr 2026
136
00:11 / 23 Noyabr 2026
155
23:56 / 22 Noyabr 2026
131
23:43 / 22 Noyabr 2026
479
23:28 / 22 Noyabr 2026
464
23:26 / 22 Noyabr 2026
144
22:59 / 22 Noyabr 2026
501
22:36 / 22 Noyabr 2026
166
22:08 / 22 Noyabr 2026
1085
21:14 / 22 Noyabr 2026
181
21:06 / 22 Noyabr 2026
196
20:56 / 22 Noyabr 2026
1639
20:30 / 22 Noyabr 2026
559
19:33 / 22 Noyabr 2026
1136
19:20 / 22 Noyabr 2026
178
19:05 / 22 Noyabr 2026
1456
18:54 / 22 Noyabr 2026
163
18:49 / 22 Noyabr 2026
202
18:21 / 22 Noyabr 2026
501
18:16 / 22 Noyabr 2026
239
18:02 / 22 Noyabr 2026
196
17:59 / 22 Noyabr 2026
186
16:38 / 22 Noyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.