Zəngəzur sərhədində gərginlik: Həkəri körpüsü ətrafında nə baş verir? – ŞƏRH
07 Sentyabr 2026, 16:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
263
25.09.2024, 21:21
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla bir araya gəlib. Görüş zamanı Türkiyə prezidentinin Paşinyana hədiyyəsi xüsusi diqqət çəkib.
Belə ki, Ərdoğan baş nazirə özünün müəllifi olduğu "Daha ədalətli dünya mümkündür" adlı kitabı təqdim edib. Türkiyə prezidentinin Paşinyana hədiyyəsi müxtəlif istiqamətlərdə dəyərləndirilir.
OXU24.COM xəbər verir ki, globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, sözügedən kitabın təqdimatı, şübhəsiz, subliminal mesajdır:
"Birincisi, o bununla Paşinyana öz fikirlərini, düşüncəsini çatdırır. Yəni Türkiyə prezidenti, "bu kitabda mənim fikirlərim, kimliyim var və bunu yaxşı başa düşməlisən", - deməyə çalışır. Məlum olduğu kimi, həm də Ərdoğanın tez-tez işlətdiyi bəzi ifadələr var. O bununla nə demək istədiyini həmin kitabda aydın şəkildə təsvir edib.
İkincisi, Ermənistan-Türkiyə münasibətləri normallaşır, hazırkı proses çərçivəsində belə bir hədiyyənin verilməsi xüsusi diqqət çəkir. Kitab həm də məhz bu məsələni ehtiva edir. Məsələni pis tələbənin yaxşı müəllimin kitabını əldə edib, ibrət çıxarması kimi dəyərləndirmək olar. Türkiyə prezidenti erməni həmkarına qaydaları bu kitabla çatdırır. İrəvan regionda necə davranmalı olduğunu artıq başa düşməlidir".
Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Ərdoğanın kitabını görüşdüyü liderlərə bağışlaması ənənəsi var:
"Hərçənd burada digər məqsəd erməni baş nazirin əliboş qayıtmaması da ola bilərdi. Çünki Paşinyan Ərdoğandan "ilkin şərt" olmadan (Azərbaycan olmadan) münasibətlərə təkan verməyi istəsə də, Ankara Bakı şərtini təkrarlayıb.
Ərdoğan BMT tribunasındakı çıxışında da bəyan edib ki, Bakı və İrəvan arasında münasibətlərin normallaşması Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də təsir edəcək. Bunun məhz BMT tribunasından elan edilməsi Ankaranı Bakının maraqlarını nəzərə almadan İrəvanla danışıqlara getməyə məcbur etmək istəyən qüvvələrə də açıq mesajdır.
22:09 / 07 Sentyabr 2026
1
21:59 / 07 Sentyabr 2026
36
21:45 / 07 Sentyabr 2026
36
21:30 / 07 Sentyabr 2026
35
21:23 / 07 Sentyabr 2026
50
21:03 / 07 Sentyabr 2026
50
20:58 / 07 Sentyabr 2026
56
20:54 / 07 Sentyabr 2026
53
19:54 / 07 Sentyabr 2026
70
19:50 / 07 Sentyabr 2026
549
19:48 / 07 Sentyabr 2026
121
19:45 / 07 Sentyabr 2026
66
19:44 / 07 Sentyabr 2026
104
19:32 / 07 Sentyabr 2026
393
19:30 / 07 Sentyabr 2026
66
18:20 / 07 Sentyabr 2026
52
18:03 / 07 Sentyabr 2026
70
17:55 / 07 Sentyabr 2026
90
17:45 / 07 Sentyabr 2026
70
17:30 / 07 Sentyabr 2026
74
17:05 / 07 Sentyabr 2026
105
16:55 / 07 Sentyabr 2026
109
16:54 / 07 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.