Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyevdən intihar edən Elinanın işi ilə bağlı - XÜSUSİ TAPŞIRIQ

2019-04/1554969019_cenab_president_2.jpg

SİYASƏT

1664

11.04.2019, 11:49

  Bakı şəhəri 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı məsələ prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
Oxu24.com  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, bütün dövlət qurumlarına, Təhsil Nazirliyinə, Dövlət Komitəsinə və Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib: “Bu məsələ ciddi formada araşdırılmalıdır. Mən təəccüblənirəm ki, sosial şəbəkələrdə işi dərk etməyən insanlar iradlar tuturlar. Hazırda istintaq işi gedir. Bu işdə kim günahkardırsa, cəzasını alacaq”. Həmçinin oxu:  İntihar edən Elina ilə bağlı şok faktlar üzə çıxdı - Gecə klubunda məktəblilərin ŞOK FOTOLARı Röyadan Elinanın intiharı ilə bağlı ŞOK açıqlama:O qadın Səbail rayonu icra başçısının müavinidir