Qaynar xətt:

(+99450) 247 90 86

Prezident sərəncam imzaladı - 25 milyon manat ayrıldı

Prezident sərəncam imzaladı - 25 milyon manat ayrıldı

SİYASƏT

1081

10.04.2019, 16:07

\"\"  Prezident İlham Əliyev aprelin 10-da “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 25 milyon manatı \"Azərsu\" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.