Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1149
az

Çin Azərbaycana hərbi yardım edəcək

20:3427 Aprel, 2018
2882
SİYASƏT
  • A
 Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in milli müdafiə naziri, general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekində rəsmi səfərdədir.

Bu barədə Oxu24.com -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Aprelin 27-də ÇXR-in Milli Müdafiə Nazirliyində Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimindən sonra iki ölkənin müdafiə nazirlərinin görüşü olub. V.Fenxe Çin ilə Azərbaycanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu qeyd edib. O, bu münasibətlərin yaranmasında tarixi "İpək yolu”nun vacib rol oynadığını bildirib.

İyirmi altı il əvvəl iki ölkə arasında qurulan diplomatik əlaqələrin müasir dövrdə də inkişaf etdiyini diqqətə çatdıran çinli nazir əlavə edib ki, ötən müddətdə müxtəlif sahələrdə əməkdaşlığımız genişlənib, qarşılıqlı siyasi etimad xeyli güclənib. V.Fenxe "Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yarandığını, Azərbaycanın bu strategiyaya verdiyi böyük dəstəyi məmnunluqla qeyd edib. O, iki ölkənin hərbi sahədə əməkdaşlığına toxunaraq, bu istiqamətdə böyük potensialın olduğunu bildirib.

V.Fenxe ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini, hər zaman olduğu kimi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Çin arasında dostluq münasibətləri dərin köklərə malikdir. Bu münasibətlər ölkələrimiz arasında müasir əlaqələrin əsasını təşkil edir. Çin ilə hərtərəfli əməkdaşlıq isə ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Azərbaycan-Çin münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və əlaqələrin genişlənməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladan general-polkovnik Z.Həsənov bildirib ki, bu dostluq münasibətləri dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək yüksək əməkdaşlıq səviyyəsinə çatdırılıb. Ölkələrimizin rəhbərlərinin və rəsmi şəxslərin qarşılıqlı səfərləri artıq daimi xarakter alıb. Bu da öz növbəsində mövcud dostluq münasibətlərinin, əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfədir.

Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən işğalçılıq siyasəti təkcə ölkəmiz üçün deyil, bütün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid təşkil edir. Müdafiə naziri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Z.Həsənov xüsusi qeyd edib ki, Azərbaycan da Çin Xalq Respublikasının "Vahid Çin” siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır.

Dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı